Qırmızı.az
Ağstafada dəhşətli qəza, 4 ölü, 2 yaralı
Bakı – Qazax avtomagistralının 472-ci kilometrliyində Ağstafa rayon Dağ Kəsəmən kəndi ərazisində 4 nəfərin ölümü, 1 nəfərin ağır yaralnması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.
Bakı şəhəri istiqamətdə hərəkətdə olan Eşqin Salamzadənin idarə
etdiyi “VAZ 2106” markalı minik avtomobili ilə Tahir Həsənovun
idarə etdiyi “QAZel” markalı yük maşını toqquşub. Zərbənin gücündən
“VAZ 2106” markalı avtomobilin sürücüsü 22 yaşlı Eşqin Salamzadə,
onun bacısı 24 yaşlı Lamiyyə Salamzadə, digər sərnişin, 24 yaşlı
Mahmud Musaquliyev hadisə yerində keçiniblər. Deformasiyaya uğrayan
“VAZ 2106” markalı avtomaşında olanları FHN-nin xilasedici qrupu
çıxarıb. “QAZel”in sürücüsü 62 yaşlı Tahir Həsənovu Ağstafa rayon
mərkəzi xəstəxanasına çatdırsalar da, həkimlər onun həyatını xilas
edə bilməyiblər.
“QAZel” də olan 21 yaşlı Elvin Məmmədov isə aldığı ağır
xəsarətlərlə reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun
vəziyyətinin ağır olduğunu deyib. Faktla bağlı Baş DYP İdarəsi
tərəfindən araşdırma aparılır. Hadisənin səbəbləri təyin olunan
avto-texniki ekspertizanın nəticələrindən sonra məlum olacaq. Qeyd
edək ki, qəza zamanı xəsarət alan və ölənlərlər Ağstafa rayon
sakinləridir. /Gun.az/
-
Magazin103:43
Çingiz Mustafayevin ailə qurduğu xanım kimdir? - VİDEO
-
Region02:42
Hava şəraiti daha da pisləşdi, helikopterin axtarışı ÇƏTİNLƏŞDİ
-
Region00:30
İran xüsusi təyinatlıları arasında Zelenskinin oxşarı tapıldı - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik görüşlə bağlı gözləntilər PUÇ OLA BİLƏR
-
Magazin119 May 23:12
Lalə Məmmədova sinə dekoltesi ilə diqqət çəkdi - FOTO
-
Magazin119 May 21:24
Çingizin toyundan ilk görüntülər - VİDEO
-
ABŞ19 May 21:00
Rəisinin "Instagram" hesabından xalqa ÇAĞIRIŞ EDİLDİ - FOTO
-
ABŞ19 May 20:48
ABŞ-dan qəza ilə bağlı İLK AÇIQLAMA: "Hazırda əlavə şərhimiz yoxdur"