Qırmızı.az
“Yaşlı nəslin təcrübəsindən faydalanaq” adlı layihə çərçivəsində dəyirmi masa keçirildi
Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində
Qaradağ rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası
Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə
təşkilatçılığı ilə “Yaşlı nəslin təcrübəsindən faydalanaq” adlı
dəyirmi masa keçirilib.
Tədbirdə Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Təranə
İsmayılova və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
sədr müavini Aynur Sofiyeva, ziyalılar, fəal gənclər və digər
qonaqlar iştirak edirdilər.
İlk öncə tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində ulu öndər
Heydər Əliyevin büstünü ziyarət edib önünə güllər düzərək, dahi
şəxsiyyətə ehtiramlarını bildirdilər.
Tədbiri giriş nitqi ilə açan Qaradağ rayon İcra Hakimiyyəti
başçısının müavini Təranə İsmayılova, hər bir xalqın inkişafında öz
dövlətçiliyini, milli mənəvi dəyərlərini qoruyub saxlamasında ailə
institutunun mühüm yeri olduğunu qeyd etdi. Azərbaycanda tarixən
ailə xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu,
genofondumuzun daşıyıcısı kimi milli inkişafında mühüm rol
oynamışdır. Müstəqil Azərbaycan Respublikasında sosial sahədə
dövlət siyasətinin prioritet istiqamətlərindən birini məhz ailə
siyasəti təşkil edir. Bu gerçəkliyi daim nəzərə alan ulu öndər
Heydər Əliyev ölkəmizdə ailə siyasətinin formalaşdırılması
məsələlərinə böyük diqqət yetirmiş, həmin sahədə mövcud olan
problemlərin həlli istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət
göstərmişdir.
Ölməz rəhbərimiz haqlı olaraq qeyd etmişdir:“Ailə xüsusi,
mürəkkəb insan münasibətləri aləmidir. Burada böyük nəzakət,
həssaslıq, şəxsiyyətin ləyaqətinə, ailənin mənafeyinə hörmət və
ehtiram lazımdır. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq
azərbaycançılığını, öz dilini, dinini, milli ənənlərini
unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır.
Təhsil ocaqlarında gənclərimizi xalqımızın mənəvi dəyərləri
əsasında tərbiyə etmək məsələsi mühüm yer tutmalıdır” fikrini
səsləndirdi.
Öz növbəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxış edərək qeyd etdi ki,
qloballaşan dünyada ən aktiv və bariz məqamlardan biri sosial
mənəvi mühitin saflığının təmin olunması məsələsidir. Qarşımızda
duran əsas məsələ gənclərdə özünümüdafiə, sosial instinktin
formalaşmasıdır ki, bu istiqamətdə də alimlərimizin,
ziyalılarımızın, ağsaqqallarımızın, ağbirçəklərimizin üzərinə böyük
məsuliyyət düşür. Layihənin də yaşlı nəsil ilə gənc nəsil arasında
dialoq funksiyası daşıdığını bildirərək yaşlı nəsil xalqın ən yaxşı
adət-ənənələrinin saxlayıcısı, daşıyıcısı və gələcək nəslə
ötürücüsü olduğunu vurğuladı.
Daha sonra tədbir iştirakçıları mövzu ətrafında müzakirələr
apararaq öz fikir və təkliflərini səsləndirdilər.
baku-art.az
-
Magazin103:43
Çingiz Mustafayevin ailə qurduğu xanım kimdir? - VİDEO
-
Region02:42
Hava şəraiti daha da pisləşdi, helikopterin axtarışı ÇƏTİNLƏŞDİ
-
Region00:30
İran xüsusi təyinatlıları arasında Zelenskinin oxşarı tapıldı - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik görüşlə bağlı gözləntilər PUÇ OLA BİLƏR
-
Magazin119 May 23:12
Lalə Məmmədova sinə dekoltesi ilə diqqət çəkdi - FOTO
-
Magazin119 May 21:24
Çingizin toyundan ilk görüntülər - VİDEO
-
ABŞ19 May 21:00
Rəisinin "Instagram" hesabından xalqa ÇAĞIRIŞ EDİLDİ - FOTO
-
ABŞ19 May 20:48
ABŞ-dan qəza ilə bağlı İLK AÇIQLAMA: "Hazırda əlavə şərhimiz yoxdur"