Qırmızı.az
Nobel prospekti yenə bağlandı
Nobel qardaşları prospektinin Cavanşir körpüsünə doğru, “Ağ şəhər”in qarşısından Afiyəddin Cəlilov küçəsinədək olan təqribən 700 metrlik hissəsində təmir-tikinti işlərinə başlanılıb.
"Azəryolservis" ASC-dən Publika.az-a verilən məlumata görə, bu üzdən həmin ərazidə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən aparılan
təmir işləri çərçivəsində sözügedən ərazidə köhnə asfalt-beton
örtüyünün üst qatı qaşınaraq, yenisi ilə əvəz olunacaq. Ümumilikdə
13 min kvadrat metr sahəyə yeni asfalt-beton örtüyünün döşənməsi
planlaşdırılır. Artıq yol boyu 1400 paqon-metr səki daşı
dəyişdirilib. Bundan başqa kommunikasiya xətlərinin dəmir-beton
plitələri qaldırılaraq, baxış qapaqları yenilənəcək, səth suların
normal axıdılması üçün zəruri olan ərazilərdə yağış-kanalizasiya
sistemi qurulacaq, yağış barmaqlıqları yenilənəcək.
Nobel qardaşları prospektinin “Ağ şəhər”in qarşısından Afiyəddin
Cəlilov küçəsinədək olan təqribən 700 metrlik hissəsində aparılan
təmir-tikinti işlərinin qısa müddət ərzində yekunlaşdırılması
planlaşdırılır. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC yaranmış
müvəqqəti narahatçılığa görə üzr istəyir və sürücülərdən imkan
daxilində alternativ yollardan istifadə etməkləri tövsiyyə
olunur.
Qeyd edək ki, Nobel prospektinin Yusif Səfərov küçəsinin kəsişməsindən “Ağ şəhər”ə qədər olan 1.6 kilometrlik hissəsində də təmir-tikinti işləri aparılıb. Artıq yol yeni görkəmdə sürücülərin ixtiyarına verilib.
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi
-
Dünya11:06
Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda
-
Dünya10:36
Yeni qanun hazırlanır: qiymətləri süni şəkildə artıranlar bu qədər cərimələnəcək