Sosial
Əli Əsədov qərar imzaladı
Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib.
Publika.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Daimi arbitraj təşkilatı mübahisənin həlli üçün arbitraj məhkəməsinin səlahiyyətlərinə aid məsələlər istisna olmaqla, arbitraj icraatının idarə edilməsi, arbitrajın təşkilati təminatı, o cümlədən arbitrlərin təyin olunması, onlara etiraz edilməsi və onların səlahiyyətinə (mandatına) xitam verilməsi məsələlərinin həlli, kargüzarlıq, arbitraj haqlarının və digər arbitraj xərclərinin ödənilməsinin təşkili funksiyalarını həyata keçirir.
Daimi arbitraj təşkilatı kimi fəaliyyət göstərmək üçün qeyrikommersiya hüquqi şəxslərin akkreditasiyadan keçirilməsi və onların akkreditasiyasının ləğvi Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir. Bu qaydanın müddəaları beynəlxalq və ya xarici daimi arbitraj təşkilatlarına tətbiq edilmir.
-
Hadisə16:40
Afət Fərmanqızı saxlanıldı
-
Hadisə16:35
Hərbçimiz vəfat etdi
-
Rəsmi xronika16:13
İlham Əliyev sərəncam imzaladı
-
Sosial15:21
Emin Ağalarov onunla yenidən evləndi - FOTO
-
Sosial14:11
Məhkəmə Vardanyan barəsində qərar verdi
-
İdman13:36
Finalda uduzan kişi futbolçular qadın hakimə hücum çəkdilər - VİDEO
-
Region13:11
Kopırkinin geri çağırılmasının sirri: Moskva İrəvanla bağlı hansı qərarı verib?
-
Qarabağ 12:51
Ermənilərin Qarabağdakı gizli bunkeri - Video