Qırmızı.az
Jurnalist borca görə özünü öldürmək istədi - FOTO (YENİLƏNİB)
Azərbaycanlı jurnalist intihara cəhd edib. Səbinə
Haşımova özünü öldürməyə cəhd göstərib.
ANS PRESS-in məlumatına görə, özünə qəsd edən Səbinə çoxlu həb
içib. O, anasının şəkər üçün istifadə etdiyi dərmanları qəbul
edib.
Ailə üzvlərinin sayıqlığı nəticəsində qızın həyatını xilas etmək
mümkün olub.
Jurnalist hazırda 1 saylı şəhər Kliniki Xəstəxananın
toksikologiya şöbəsindədir. Jurnalist səhər saat 11 radələrində
həmin xəstəxanaya aparılıb və mədəsi yuyulub.
Həkimlər bununla zəhərlənmənin qana keçməsinin qarşısını
alıblar. Hazırda xanım jurnalistin vəziyyəti yaxşıdır.
İntiharın səbəbi jurnalistin dünən sosial şəbəkədə paylaşdığı
müraciəti ilə əlaqələndirmək olar. Özünü öldürmək istəyən jurnalist
dünən sosial şəbəkədə KİV-ə müraciət paylaşıb. S.Haşımovanın
yazdığına görə, hazırda ona qarşı Cinayət Məcəlləsinin 178.3.2
maddəsi ilə cinayət işi başlanıb.
O, paylaşdığı statusda qohumu tərəfindən şərləndiyi bildirib:
"Bir neçə il bundan əvvəl faizlə 1000 manat pul götürdüm. Daha
sonra xəbər tutdum ki, xalam qızının həyat yoldaşı Məmmədov Əli
Xəlil oğlu həmin faiz borcumu bağlayıb. Mənə bu hal müəmmalı
qaldığı üçün heç vaxt üzünü görmədiyim xalam qızının yoldaşı Əli
ilə əlaqə saxladım. O, bu köməyi rəhmətlik atamın vaxtilə onlara
çox köməklik etməsi ilə əlaqələndirdi. Daha sonralar işləmədiyimi
bildiyi üçün ayrı-ayrı vaxtlarda qohumumuz taksi sürücüsü ilə mənə
üç min, oğlu vasitəsi ilə isə min manat göndərib. Beləcə, mənə
köməyini artırmağa çalışıb. Axır məqamlarda yardımlarını qəbul
etmədiyimi görüb əxlaqsız təkliflər etməyə başladı. Məqsədi baş
tutmadığından məndən qisas almağa qərar verdi. Polisə şikayət
edərək ona 18 min manat borclu olduğumu bildirdi. İndi mənə qarşı
cinayət işi açılıb".
Qeyd edək ki, Həşimova Səbinə İsmayıl qızı 2003-cü ildən Trend Life.az İnformasiya agentliyində, ATV, Lider, Xəzər telekanallarında jurnalist olaraq çalışıb.
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO