Qırmızı.az
Yanğından zərər çəkən hər ailəyə 20 min manat – SƏRƏNCAM
Nazirlər Kabineti Bakıda yaşayış binasında baş vermiş yanğınla əlaqədar sərəncam verib.
Sərəncamda qeyd olunur ki, Azərbaycan Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən Bakı Şəhər İcra Hakimiyyətinin Azərbaycan Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq:
1. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 may tarixli 1229 nömrəli sərəncamının 2-ci hissəsinin icrası ilə əlaqədar Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın hadisəsi nəticəsində həlak olmuş 15 sakinin hər birinin ailəsinə 15.000,0 (on beş min) manat, bina sakini olan 56 ailənin hər birinə yanğın nəticəsində zərər dəymiş əmlakına görə ilkin olaraq 20.000,0 (iyirmi min) manat məbləğində dövlət vəsaiti hesabına birdəfəlik maddi yardım müəyyən edilsin.
2. Çoxmərtəbəli yaşayış binasında əsaslı təmir və yenidənqurma işlərinə başlamaq üçün 3 000 000,0 (üç milyon) manat vəsait ayrılsın.
3. Bu sərəncamın 1-ci və ya 2-ci hissələrində göstərilən məsələlərin həlli və binanın sakinlərinə kirayə pulu ödənilməsi üçün Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə cəmi 5 000 000,0 (beş milyon) manat məbləğində vəsait ayrılsın.
4. Azərbaycan Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 3-cü hissəsində göstərilən vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etsin.
5. Yerinə yetiriləcək işlərin təxirə salınmadan icrasının vacibliyini nəzərə alaraq, müstəsna hal kimi, bu sərəncamın 2-ci hissəsində göstərilən işlərin birbaşa müqavilələrlə yerinə yetirilməsinə icazə verilsin.
6. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir