Qırmızı.az
Nazirliyin “Qaynar xətt” xidmətinə müraciətlər 74% azalıb
Bu ilin fevral ayında vətəndaşlar tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142-«Qaynar xətt»inə edilən müraciətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 697-dən 499-a enib.
Bu barədə Publika.Az-a ƏƏSMN-nin mətbuat xidmətindən məlumat verilib.
Müraciətlərin sayı ünvanlı dövlət sosial yardımı, sosial müavinət və sosial xidmət məsələləri üzrə 13,3 faiz azalaraq 437-yə, əlillik təyinatı və reabilitasiya məsələləri ilə üzrə 74 faiz azalaraq 33-ə, məşğulluq məsələləri üzrə 70 faiz azalaraq 12-ə, əmək hüquqlarının təminatı məsələləri üzrə isə 35,4 faiz azalaraq 17-ə düşüb.
Müraciətlərin əksəriyyəti sorğu xarakteri daşıyıb və vətəndaşların əsasən ünvanlı sosial yardım və sosial müavinətlər, eləcə də əmək hüquqları ilə əlaqədar olan sorğuları nazirliyin aidiyyatı mütəxəssislərinin iştirakı ilə cavablandırılıb. Şikayət xarakterli müraciətlər isə operativ və obyektiv şəkildə araşdırılaraq konkret tədbirlər görülüb və nəticəsi barədə vətəndaşlara məlumat verilib.
Publika.Az
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
-
Nəqliyyat08:00
Bu yolda sürət həddi bərpa edildi - YENİLƏNDİ
-
Hadisə07:39
Siqaret çəkərkən saçları alovlanan qadın öldü - FOTO
-
Sağlamlıq07:10
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var - - Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...