Qırmızı.az
Əflatun Amaşov: “Jurnalistin məmurun mobil telefonuna zəng etməsi normal haldır”
“Mətbuata qapalı olan məmurlar ölkə rəhbərinin jurnalistlərlə yaratdığı münasibətdən nümunə götürməlidir. Hətta məmurlar istirahətdə olsalar belə, jurnalistin sualına cavab verməyə çalışmalıdır”.
Bu sözləri Publika.az-a açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti jurnalistlərlə dost münasibəti yaradıb. Ə.Amaşov deyib ki, hər bir dövlət məmuru jurnalistin suallarını cavablandırmalıdır: “Əgər məmur jurnalistin sualını cavablandırmırsa, o zaman qanunvericiliklə jurnalistin cavab tələb etməsi göstərilir”.
Ə.Amaşov baş nazirin müavini Abid Şərifovun jurnalistlərin onun mobil telefonuna zəng etməyə ixtiyarının olmaması barədə söylədiyi fikirlərə də cavab verib: “Ekstremal hallarda jurnalistin məmurun mobil telefonuna zəng etməsi normal haldır. Qanunla da icazə var ki, jurnalist sualına cavab almaq üçün məmurla əlaqə saxlamalıdır. Çünki indi bir çox məmurların şəhər telefon nömrəsinə zəng edən zaman onunla əlaqə yarada bilmirsən. Jurnalist də məcbur olub, həmin məmurun mobil telefon nömrəsinə zəng edir”.
Ə. Amaşov onu da qeyd edib ki, baş nazirin müavini Abid Şərifova cəmiyyət tərəfindən tutulan iradlar ona təsir edib: “Siz elə bilməyin ki, Abid Şərifova cəmiyyət tərəfindən edilən iradlar təsir etməyib. Əlbəttə ki, bu hadisə o insana da təsir edib. Başa düşürəm ki, həmin vaxt Abid müəllim əsəbi olub. İnsan bəzən öz övladının da üzərinə qışqıra bilər. Ancaq Abid müəllim nəzərə almalıdır ki, o, baş nazirin müavinidir və qarşı tərəfdə olan jurnalist isə ictimaiyyətin maraqlandığı bir sualı ona ünvanlayır. Hesab edirəm ki, burada müəyyən anlaşılmazlıq olub. Ancaq jurnalist baş nazirin müavininə o sualı onun səlahiyyətləri çərçivəsində verib. Məmur yaşından və vəzifəsindən asılı olmayaraq, jurnalistin ona ünvanlandırdığı suala cavab verməlidir. Çünki verilən sualla bağlı ictimaiyyət cavab gözləyir”.
Vasif Həsənli
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin15 May 22:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Sosial5 May 21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO