Qırmızı.az
Bakıda sərnişin avtobusları tam yenilənəcək - FOTO
Bakıya yeni gətirilən “İveco” markalı komfortlu
avtobusların sonrakı aqibətinə aydınlıq gətirilib.
Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq
Həsənovun ANS PRESS-ə verdiyi məlumata görə, yeni gətirilən
avtobuslar Bakıda keçiriləcək I Avropa Oyunlarından sonra
sərnişinlərə xidmət göstərəcək.
Onun sözlərinə görə, Nəqliyat Nazirliyi, Bakı şəhər İcra
Hakimiyyəti və “Bakıbus” şirkəti tərəfindən gətirilən “İveco”
markalı avtobuslar paytaxtın mərkəzində işləyən marşrut xətlərində
işləyəcək.
“Əsasən mərkəzdəki avtobus xətlərinə verəcəyik. Bundan əlavə də,
gələcəkdə super komfortlu avtobuslar gətirəcəyik. Çalışırıq ki,
vətəndaşlarımıza yüksək səviyyəli xidmətlər göstərilsin. Daha
əvvəlki kimi sınıq-salxaq sərnişin avtobusları işləməyəcək. Qısa
vaxt ərzində paytaxtın bütün sərnişindaşıma ilə məşğul olan
avtobusları tamam yenilənəcək”, - deyə Namiq Həsənov
bildirib.
Qeyd edək ki, bu ilin aprel ayında Bakıya yeni 300 ədəd “İVECO”
markalı yeni sərnişin avtobusları gətirilib. Yeni avtobuslar Avropa
standartlarına tam cavab verir.
Həmin avtobuslar Nəqliyyat Nazirliyi, Bakı şəhər İcra
Hakimiyyəti və “Bakıbus” şirkəti tərəfindən gətirilib. Avtobuslarda
sərnişinlərin rahatlığı üçün lazım olan bütün vasitələrlə təchiz
olunub. Avtobusda kondisioner, havalandırma, soyutma və
istiləşdirmə sistemləri var.
Yeni avtobuslardan əlillər də istifadə edə bilər.
Yeni avtobuslar I Avropa Oyunlarının keçiriləcəyi ərazilərdə
sərnişinlərin ixtiyarına veriləcək. Həmin avtobusları idarə etmək
üçün xüsusi geyimli sürücülər ayrılıb. Həmin sürücülər xarici dil
kursları keçiblər. Onlar paytaxtın bütün ərazilərini yaxşı tanıyır
və təcrübəli sürücülərdir.
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Kriminal18:21
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər