Qırmızı.az
3 mindən çox müəllim iş yerini dəyişmək istəyir
Təhsil Nazirliyi ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə elektron ərizə qəbulunun nəticələrini açıqlayıb.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, ərizə qəbulu iyunun 10-da saat 23:59-da başa çatıb.
10 gün davam etmiş elektron ərizə qəbulu dövründə 3216 nəfər (94%) Azərbaycan bölməsi, 209 (6%) nəfəri rus bölməsi olmaqla, 3425 nəfər müsabiqədə iştirak etmək üçün müraciət edib. Yerdəyişmə üçün müraciət edənlərin əksəriyyəti (63%) İbtidai sinif (22%), Azərbaycan dili və ədəbiyyat (12%), Riyaziyyat (10%), İngilis dili (10%) və Tarix (9%) müəllimləridir. Müsabiqədə iştirak etmək üçün müraciət edənlərdən 1303 nəfərin ərizəsi təsdiq olunub.
Ərizəsi ləğv edilənlər ümumtəhsil sistemində işləməyənlər,
ümumtəhsil müəssisələrində müəllim vəzifəsində çalışmayan və ya
müddətli müqavilə əsasında müəllim işləyən, həmçinin hazırda
çalışdığı yerdə həvəsləndirmə tədbirləri tətbiq edilənlərdir.
Elektron ərizəsi qəbul olunmuş namizədlər iyunun 16-da Azərbaycan
Dövlət İqtisad Universitetinin 2-ci tədris binasında (ünvan: Bakı
şəhəri, Həsən Əliyev küçəsi 135 – metronun “Gənclik” stansiyasının,
Azərbaycan Müəllimlər İnstitutunun yaxınlığında) test imtahanında
iştirak etməlidirlər. İmtahanda iştirak edərək yerdəyişmək hüququ
qazanmış müəllimlər üçün iyunun 17-də eyni ünvanda müsahibələr
təşkil ediləcək.
www.miq.edu.az saytına daxil olmaqla
qanunvericilik üzrə zəruri sənədlər, test suallarının
cavablandırılması üçün təlimat, test nümunələri və müsahibə
proqramı ilə tanış olmaq mümkündür.
Yerdəyişmə üzrə müsabiqə yekunlaşdıqdan sonra yenidən
müəyyənləşdirilmiş vakant yerlərə müəllimlərin işə qəbulu üzrə
elektron ərizə qəbulu iyulun 1-dən 15-dək aparılacaq.
Gülxar
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı