Qırmızı.az
Sürücülərin nəzərinə - BU YOL BAĞLIDIR
Bakı 2015 İlk Avropa Oyunları ilə əlaqədar olaraq paytaxtın bir sıra yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən Publika.az-a verilən məlumata görə, kişilər və qadınlar arasında triatlon yarışları ilə əlaqədar, 10-14 iyun tarixlərində Bilgəh qəsəbəsində müəyyən yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Sürücülər Bilgəh qəsəbəsinin yerli yol şəbəkəsindən və “Jumeirah
Beach Hotel” dairəsi ilə birləşən Aslan Salahzadə küçəsindən
istifadə edə bilərlər.
Qeyd olunan vaxt ərzində şəhər mərkəzi və Nardaran qəsəbəsi
istiqamətində hərəkət üçün sürücülərə Buzovna-Maştağa-Nardaran
yolundan istifadə etmələri tövsiyə olunur.
Nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağı vaxtlar:
13 iyun: 08:30 – 18:30
14 iyun: 08:30 – 19:00
Bu yol bağlanmaları və Bakı 2015 Avropa Oyunları zamanı
nəqliyyat haqqında ən son məlumatları əldə etmək üçün aşağıdakı
mənbələrə müraciət etməyiniz xahiş olunur:
- Bakı 2015 internet səhifəsi (www.baku2015.com);
- Bakı 2015 Tamaşaçı Məlumat Mərkəzi – 2015 nömrəsinə zəng etməklə
əlaqə saxlamaq olar;
- Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi (http://mot.gov.az/), Azərbaycan Respublikası
Baş Dövlət Yol Polisi İdarəsi (http://dyp.gov.az/) və Bakı şəhər İcra Hakimiyyətinin
(www.baku-ih.gov.az) internet səhifələri;
- Radio dalğası (107.7 FM), internet səhifəsi (www.niim.az) və Facebook
səhifəsi (https://www.facebook.com/niim.gov.az?fref=ts)
də daxil olmaqla, NİİM-in məlumat kanallarından əldə etmək
olar.
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı