Qırmızı.az
Yol polisindən sürücülərə xəbərdarlıq
Azərbaycanın yol polisi qarşı hərəkət zolağına çıxmaqla
nəqliyyatın sərbəst hərəkətinə mane olan, yolayrıclarında digər
hərəkət iştirakçılarına qəza şəraiti yaradan, cəmiyyətə açıqca
hörmətsizlik ifadə edən intizamsız sürücülərlə mübarizənin daha
effektli olması üçün onların törətdikləri əməllərinin
ictimailəşdiriləcəyi barədə xəbərdarlıq edib.
Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi
İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis
polkovniki Kamran Əliyev Trend-ə açıqlamasında deyib ki, son
vaxtlar qarşı hərəkət zolağına çıxmaqla nəqliyyatın sərbəst
hərəkətinə mane olan, yolayrıclarında digər hərəkət iştirakçılarına
qəza şəraiti yaradan sürücülərə tez-tez rast gəlinir: "Görünür,
bəzi intzamsız sürücülər elə düşünürlər ki, yol polisi
əməkdaşlarının diqqəti yalnız ölkəmizdə keçirilən ilk Avropa
Oyunları ərəfəsində nəqliyyatın hərəkətinin tənzimlənməsinə və
tədbir iştirakçılarının təhlükəsizliyinin təmin olunmasına yönəlib.
Lakin bu cür fikirləşənlər yanılırlar. Çünki tədbirlə əlaqədar
yoldakı əməkdaşın qaydaları pozmuş sürücünü cəzalandırması bəzi
vaxtlarda mümkün olmasa da, müşahidə kameralarının qeydə aldığı
görüntülərə monitorlar vasitəsi ilə nəzarət edən əməkdaşlar bunu
nəzərdən qaçırmırlar və təkcə bu ilin əvvəlindən 8900-dək, iyunun
1-dən bu günədək isə 600 sürücü qarşı hərəkət zolağına çıxdığına
görə məsuliyyətə cəlb edilib".
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri intizamlı olmağa, xəta törətməklə digər hərəkət iştirakçılarına təhlükə yaratmamağa, eləcə də şəhərimizdə coxsaylı xarici qonaqların olduğu bir dövrdə cəmiyyətə qarşı hörmətsiz yanaşmamağa çağırıb: "Belə çağırışlara məhəl qoymayan, ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik edən sürücülərə qarşı qanunvericiliyin tələblərinə uyğun ciddi tədbirlər görüləcək və həmin şəxslərin kimliyi və törətdikləri əməllər barədə məlumatlar ictimaiyyətə təqdim olunacaq".
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ