Qırmızı.az
“Hürriyet” qəzeti: “Azərbaycanın turizm sektoru ilk Avropa Oyunlarından birbaşa gəlir əldə edəcək”
Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırovun
“Hürriyet” qəzetinin ingilis dilli versiyasında ilk Avropa Oyunları
haqda məqaləsi dərc olunub.
Publika.az xəbər verir ki, məqalədə bu gün bütün dünyanın
diqqətinin ilk Avropa Oyunlarının keçirildiyi Azərbaycanın paytaxtı
Bakıya yönəldiyi deyilir: “Bu idman tədbiri ilk növbədə gərgin əmək
sərf edərək hazırlaşan idmançılara müxtəlif ölkələri və
məddəniyyətləri təmsil edən digər idmançılarla görüşmək və medal
qazanmaq şansı verir. İlk Avropa Oyunlarının böyük iqtisadi önəmi
də var. Bu oyunlar onun keçirildiyi ölkənin iqtisadiyyatına birbaşa
təsir göstərir, o cümlədən makroiqtisadi göstəriciləri artırır və
davamlı iqtisadi sabitliyə töhfə verir”.
Məqalədə qeyd olunur ki, ilk Avropa Oyunları hər şeydən öncə daha
çox turizm sektorunun inkişafına təsir edir: “Avropa Oyunları ilə
əlaqədar Azərbaycana çoxlu turistin gələcəyi gözlənilir. Beynəlxalq
standartlara görə, hər bir turist bir həftə ərzində orta hesabla
1,000 ABŞ dolları xərcləyir. Nəzərə alsaq ki, oyunlar iki həftə
davam edəcək, deməli, hər bir turist Azərbaycanda olduğu müddətdə
2,000 ABŞ dolları pul xərcləyəcək. Azərbaycana gələn turistlər
təkcə paytaxtda qalmayacaq, eyni zamanda, müxtəlif regionlara da
səfər edəcək. Onlar müxtəlif xidmətlərdən istifadə edəcək ki, bu da
yerli əhalinin əlavə gəlir mənbəyi deməkdir. Bu baxımdan, Avropa
Oyunlarından turizm sektorunun birbaşa gəlir əldə edəcəyini deyə
bilərik”.
Məqalədə bildirilib ki, Avropa Oyunlarından kiçik və orta
sahibkarlar da qazanc əldə edəcəklər.
“Müxtəlif ölkələrdən Azərbaycana gələnlərin sayı artdıqca əlavə
xidmətlərə də tələbat artır. Bu xidmətləri isə əsasən kiçik və orta
müəssisələr təklif edirlər. Turistlərin çoxluğu tərcüməçilərə
təlabatı artırır, o cümlədən bundan kafe və restoranlar, həmçinin
nəqliyyat və bank sektoru da gəlirlər əldə edir. Bununla yanaşı,
Avropa Oyunları öncəsi paytaxtda və regionlarda yaradılan
infrastruktur oyunlardan sonra da ökədə qalır. Azərbaycan qarşıdakı
illərdə Formula 1, İslam Həmrəyliyi Oyunları və 2020-ci ildə futbol
üzrə Avropa Çempionatının yarımfinal oyunlarını qəbul edəcək. Bu
isə o deməkdir ki, ilk Avropa Oyunları üçün yaradılan müasir
infrastruktur gələcəkdə böyük idman yarışlarının təşkilinə imkan
verəcək və Azərbaycana əlavə gəlirlər gətirəcək. Yaradılan
infrastrukturun uzunmüddətli istifadəsi ilk dividenddir. Bununla
yanaşı, mükəmməl infrastrukturun inkişafı Azərbaycana xarici
kapitalın axınına da səbəb olacaq. Xüsusilə, Azərbaycanda rəqabət
qabiliyyətli mühitin olması xarici sərməyadarlar üçün əla imkandır.
Bu isə qeyri-neft sektorunun inkişafını daha da sürətləndirəcək.
Xarici investisiyanın qeyri-neft sektoruna axını öz növbəsində
daxili istehsalın genişlənməsinə və qeyri-neft məhsulların
ixracının artmasına kömək edəcək. Başqa sözlə, Avropa Oyunları
Azərbaycana xarici investisiyaların axınını daha da artıracaq.
Azərbaycan Oyunlar zamanı yayımdan, bilet satışı və reklamdan da
gəlirlər əldə edəcək”, - deyə səfir məqaləsində vurğulayıb.
Məqalənin tam mətni ilə bu linkdən tanış ola
bilərsiniz
Asif Nərimanlı
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ