Qırmızı.az
“Oyunlar zolağı” təcili yardım və ya marşrutlar üçün ayrıla bilər
"Bakı 2015" I Avropa Oyunları zamanı şəhərin mərkəzi hissəsində nəqliyyat sıxlığının azaldılması məqsədilə Bakı şəhər və şəhərətrafı marşrut xətlərində aparılan dəyişikliklər üzərində hazırda iş gedir.
Bu barədə Publika.az-a "Bakı Sərnişin Daşımaları" MMC-dən bildirilib.
Məlumata görə, hazırda bununla bağlı komissiya işləyir və hansı marşrut xətlərində dəyişikliklərin olacağı isə komissiyanın qərarından sonra məlum olacaq:
“Marşrut xətləri təzədən bərpa olunmalıdır. Hazırkı marşrutlarla sərnişindaşımaları iyulun 1-dək köhnə qaydada həyata keçiriləcək. Hazırda bununla bağlı komissiya işləyir və ola bilər ki, bəzi marşrutlar olduğu kimi qalsın, bəziləri dəyişdirilsin. Dəyişikliklər komissiyanın yekun qərarından sonra bəlli olacaq.
“Bakı Sərnişin Daşımaları" MMC-dən onu da bildirdilər ki, I Avropa Oyunları zamanı oyunlar üçün ayrılan zolaq marşrut avtobusları və ya təcili yardım üçün ayrıla bilər. Amma bu da komissiyanın qərarından sonra bəlli olacaq.
Gülnar Əliyeva
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO