Fond sədri Şəmkirdə şikayətçilərlə görüşəcək
Bizi izləyin

Qırmızı.az

Fond sədri Şəmkirdə şikayətçilərlə görüşəcək

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev 8 iyul 2015-ci il tarixdə, saat 11:00-da Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.

Bu barədə Publika.az-a DSMF-nin mətbuat xidmətindən məlumat verilib.

Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

Fondun Aparatında (012) 434-12-34
Şəmkir şəhər şöbəsində (02230) 5-30-33
Gədəbəy rayon şöbəsində (02232) 6-00-93
Tovuz rayon şöbəsində (02231) 5-00-40
Ağstafa rayon şöbəsində (02222) 5-26-12
Qazax rayon şöbəsində (02229) 5-27-96

Qəbulda iştirak edəcək vətəndaşların iyulun 8-də Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm