Qırmızı.az
Əbülfəs Qarayev iki şöbə müdirini işdən çıxardı
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Cəlilabad Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri İsa Allahverdiyevin işdə ciddi nöqsanlara, kadrların yerləşdirilməsində qanunsuz hərəkətlərə yol verdiyinə görə tutduğu vəzifədən azad edib.
Bu barədə Publika.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, bununla bağlı qərar nazirliyin bu gün keçirilən kollegiya iclasında verilib. İclasda Yevlax Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri İlqar Əhmədovun da tutduğu vəzifədən azad olunması barədə təqdimat verilib. Şöbənin məsləhətçisinə, MKS-nin, musiqi və incəsənət məktəbləri və muzeyin direktorlarına töhmət elan olunub və nöqsanların aradan qaldırılması üçün onlara 3 ay vaxt verilib.
Bundan başqa Ağdam rayon mədəniyyət və turizm şöbələrində aparılan yoxlamalarla bağlı təqdim edilən arayışlarda şöbələrin fəaliyyəti ilə bağlı ciddi qüsurların qeyd olunduğu aşkarlanıb. Müzakirələrdən sonra kollegiyanın qərarı ilə Ağdam Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Şahin Qasımova töhmət elan olundu.
Gülnar Əliyeva
-
Sosial21:05
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi