Qoroskop
Astroloji proqnoz - 08 noyabr
Qoç - gün ərzində fəal çalışıb, sonra dincələ
bilərsiniz. Amma əyləncə hisslərinə və istəklərinə qapılmayın.
İnsanların çox olduğu yerlərdə vaxt keçirmək fikrinə düşməyin.
Şəxsi həyatda təmkinli, ağıllı və müdrik davranın.
Maliyyə imkanlarını olduğundan artıq dəyərləndirib bədxərclik
etməyə, özünüzü pula pul deməyən adam kimi göstərməyin.
Buğa - neytral gün olacaq. Təsərrüfat işlərini
və ümumiyyətlə, bütün mühüm işləri günün ilk yarısında görməyə
çalışın. Hadisələr öz axarı ilə, təxminlənən məcrada inkişaf
edəcək.
İşdə təmaslar və söhbətləriniz asan alınacaq, nəyisə müzakirə etmək
fikrinə düşsəniz, məqsədinizə çatacaqsınız. Anlaşma əldə etmək
asandır.
Bununla belə, böyük ümidlər bəslədiyiniz mühüm işi bu gün
gerçəkləşdirməyə çalışmayın.
Əkizlər - bu gün işlər çox olsa da, bir qədər
rahatlaşacaq, özünüzü asudə hiss edəcəksiniz. Gün keçdikcə,
işlərinizi idarə edəcək və anlayacaq ki, insan şərtlərdən yox,
şərtlər insandan asılıdır.
Səhər saatlarından etibarən sizə mane olmağa çalışan insanların
əməllərini, onların işlərinizə təsirlərini hiss edəcəksiniz.
Üstəlik, bəzi adamlar öz problemləri və emosiyalarını, dərd və
yaşantılarını sizə yük etməyə çalışacaqlar.
Xərçəng - səhər saatlarında bütün diqqətinizi
çoxdan bəri planlaşdırdığınız işə yönəldin. Problemlərdən qaçmayın,
çünki onlardan uzaqlaşmaq problemləri həll etmək deyil.
Münaqişə və mübahisələrə qatılmayın, anlaşılmazlıqlar
yaratmayın.
İşlərin əksəriyyətini günün ilk yarısında görə bilsəniz, günün
ikinci hissəsini bir qədər rahat keçirə bilərsiniz.
Axşam saatlarında zamanı boşuna keçirməyə çalışmayın.
Şir - bu gün görəcəyiniz ən yaxşı iş özünüz
olmaqdır. Yaxın ətrafınızı davranışınız, zəhmətkeşliyiniz,
əməksevərliyiniz və səmimiyyətinizlə sevindirin. Hətta
bədxahlarınız belə, sizin qarşınızda duruş gətirə bilməyəcəklər.
Onların bəzilərini öz tərəfinizə çəkməyə çalışın.
Romantik əlaqələr üçün yaxşı gündür. Sizdən tələb olunan yeganə
məqam layiqli insanı tapmaqdır. Tələsməyin. Müşahidə və müqayisə
edin, nəticə çıxarın. Yaşlı qohumların məsləhətlərinə qulaq
asın.
Qız - adi işlərlə məşğul olmaq, gündəlik və
rutin qayğıları çözmək üçün əlverişli gündür. Başgicəlləndirici
uğurlar gözləməyin. Bununla belə, əvvəl başladığınız və bu gün başa
vurduğunuz işə görə ədalətli mükafat ala bilərsiniz. Gərgin
rəqabətə hazır olun - bu mübarizədə qalib gəlmək asan deyil.
Nüfuzlu və güclü insanın dəstəyi yerinə düşər, faydalı olar.
Yaxın insanlarla, dostlarla, ailə üzvləri ilə dil tapmaq asan
olmayacaq. Anlaşılmazlıqlar ciddi səviyyəyə çata bilər.
Xırdalıqlara və detallara çox fikir verməyib, diqqəti mühüm
məsələlərə yönəldin.
Tərəzi - bu gün ən kiçik detalları nəzərə alın,
hadisələrin bütün inkişaf məcralarını nəzərdən keçirin.
Planlarınızı uzunmüddətli və perspektivli edin. Sizə yardım və
dəstək üçün müraciət edəcəklər. Bu, nüfuzunuzun artmasına dəlalət
edir.
İşdə kiçik qələbələr və uğurlar olacaq. Şəxsi həyatda isə ciddi
irəliləyişlər gözləməyin. Hisslərinizi dəqiq ayırd edə bilmədiyiniz
üçün sinirlisiniz.
Tələsməyin. Baş verənləri, yaşananları aramla gözdən keçirin,
onların virtual siyahısını tutun, sonra siyahıya diqqətlə baxın.
Belədə, narahatlığın gerçək səbəbini tapa bilərsiniz.
Əqrəb - sevdiyiniz insana olan hissslərinizi bu
gün təzahür etdirməyin, təvazökar olun.
Yaxşı tanımadığınız insanlarla münasibətlərdə sərvaxt olun. Dostlar
və yaxın insanlarla söhbət zamanı onların demək istəmədiklərini
mütləq, nəyin bahasına olursa-olsun, öyrənməyə çalışmayın.
Dəyər verdiyiniz insan barədə acı həqiqəti ona dərhal
söyləməyin.
Oxatan - iş axtaranlar elanlara və dostların
məsləhətlərinə inanmasınlar. İşi özünüz tapın. İş yeri və imkanı
olanlar isə səhər saatlarını qənimət bilərək günortaya qədər
maksimum məhsuldarlıqla çalışsalar, pis olmaz. İşgüzar olun,
təsadüfi maneələr və ya bədxahlarınızın eyhamlarına, yalnız
uğursuzluğunuzu istəyən şəxslərin atmacalarına aldanmayın, belə
sözlərə sinirlənməyin.
Dostunuzun yeni planı və ya rəqibinizin qəribə davranışı sizi
təəccübləndirə bilər. Narahat olmayın, bütün bunlar yaxşılığa doğru
dəyişikliklərdir.
Oğlaq - səhər saatları işgüzar verilişlər,
avtoservisə baş çəkmək, gəzinti və iş səfəri, tərəfdaşlarla və ya
şəriklərinizlə danışıqlar üçün əlverişlidir.
İmkan, bilik və ya bacarıqlarınızı artırmaq üçün gərəkli
informasiya mənbəyini, ya da lazımlı adamı arayıb tapın.
Axşam saatları evdəki şəraitin nə yerdə olduğunu aşkar
göstərəcək.
Dolça - səhər saatlarında işlərin çoxluğu sizi
bir qədər narahat edə bilər. Rutin işlərlə özünüzü yükləməyin, əks
təqdirdə səhhətinizdəki problem ağırlaşa bilər.
Günün ikinci yarısında iş tempini bir qədər aşağı salın. İllah da
ki, qarşınıza qoyulan şərt və tələblərdə dəyişikliklər olacaq.
Qarşılıqlı münasibətlər, əməkdaşlıq, maraqların balansına xüsusi
diqqət yetirin.
Axşam saatları emosiyaların izharı üçün əlverişli vaxt deyil.
Balıqlar - bu günə yeni qərar, yeni plan və ya
yeni layihə ilə başlamayın. Belə olarsa, yeniliyə marağınız
tezliklə azalacaq və ya ümumiyyətlə, heç nə alınmayacaq.
Günün ikinci yarısı daha məhsuldar olacaq.
Bu vaxtda başqalarının sizə sırımağa çalışdıqları avantüralara yox,
əsl işlərə, qarşınızda duran məqsədlərə diqqət verəcəksiniz.
Bəzi hadisələr və ya xəbərlər qeyri-adi, paradoksal təsir bağışlaya
bilər.
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ