Qoroskop
Astroloji proqnoz - 19 avqust
Qoç - yadda saxlayın ki, baş verənlərə görə məsuliyyət sizin üzərinizə düşəcək. Tələsik hərəkətlər yolverilməzdir, hər bir addımınızı diqqətlə düşünməlisiniz. Böyüklərin məsləhətlərinə qulaq asmağa dəyər.
Buğa - günün birinci yarısı işlə məşğul olmaq üçün əla vaxtdır. Siz vaxtında təşəbbüslər göstərəcəksiniz, enerjinizi doğru istiqamətdə sərf edəcəksiniz və tərəfdaşlarınızla münasibətlərdə özünüzü müdrik aparacaqsınız. Ən çətin anlarda belə sakitliyinizi qoruya biləcəksiniz. Ətrafınızdakılar məsləhət üçün sizə müraciət edəcəklər.
Əkizlər - şəxsi məsələlərin və ev işlərinin həlli üçün yaxşı gündür. Siz nəinki öz emosiyalarınızı, o cümlədən başqalarının emosiyalarını da nəzarətdə saxlayırsınız.
Xərçəng - özünüzə qarşı rəhbərliyin hiddətini cəlb edə bilərsiniz, nəticələr isə pis olacaq. Ətrafda baş verən hər şeyə həddən artıq emosional yanaşırsınız. Bu da bəzən ətrafınızdakıları çıxılmaz vəziyyətə sala bilər. Bir qədər səbirli olsanız, vəziyyətin sizin xeyrinizə dəyişdiyini hiss edəcəksiniz.
Şir - ev qayğıları o qədər çox olacaq ki, şirlərin bəzi nümayəndələrinin fikri işdən yayınacaq. Bəzi pis niyyətli insanlar bu vəziyyətdən yararlanmaq istəyəcəklər.
Qız - anlaşılmazlıqlar da ola bilər. Onlar xırda və əhəmiyyətsiz olacaq, ancaq sayı çox olacaq. Bu xırda anlaşılmazlıqlar sizin yolunuzda maneəyə çevrilə bilər. Nüfuzlu insanın vaxtında müdaxiləsi vəziyyəti yaxşılığa doğru dəyişəcək.
Tərəzi - bütün vacib işlərinizi günün birinci yarısında başa vurmağa çalışın, çünki günün ikinci yarısı daha faydalı olacaq. İşgüzar münasibətlər həddən artıq qeyri-sabitdir. Ayırd etmək çətindir ki, kim doğrudan da sizin müttəfiqinizdir, kim sizdən, sadəcə olaraq, öz məqsədinə çatmaq üçün istifadə edir.
Əqrəb - gün incəsənətə, şou-biznesə marağın artması ilə də bağlıdır. Əntiq əşyalar və ya bəzək əşyaları almağınız mümkündür. Siz öz həyatınızı daha parlaq və qeyri-adi etmək istəyəcəksiniz. Bürcün bəzi nümayəndələri yaşadıqları məkanı ekstravaqant etmək üçün dəyişikliklər etmək istəyəcəklər.
Oxatan - xarici təsir qarşısında həssassınız və arada sizə təzyiq göstərmək istəyən insanlar qarşısında müdafiəsizsiniz. Yanınızda çox yumşaqlıq etməyə, güzəştə getməyə yol verməyən insan olsa yaxşıdır. Çünki bu yumşaqlıq və güzəştlər sizin üçün mənfi nəticələnə bilər.
Oğlaq - bu gün hansısa qeyri-adi təcrübə qazanmağınızla bağlı ola bilər. Sizin həyatınızda baş verən hadisələri məntiqlə və sağlam düşüncə ilə izah etmək olmur. Bu bürcün ən həssas nümayəndələri belə hiss edəcəklər ki, həyat məcrasından çıxır, harasa aparan şiddətli bir axına düşür.
Dolça - yüngül fikirlər və özünüzə həddən artıq güvənməyiniz sizi pis vəziyyətdə qoya bilər. Vacib işləri axırıncı ana saxlamayın. Ümid etməyin ki, həmin işlərlə tez bacara bilərsiniz. Hər işdə ehtiyatlı olmaq tövsiyə olunur.
Balıqlar - fenomenal iş qabiliyyətiniz sizin uğurunuzun açarıdır. Enerji və inadkarlıq tələb edən işlərdə sizin rəqibiniz yoxdur. Yorulmaq nə olduğunu bilmirsiniz, eyni işlə uzun müddət məşğul olsanız da, bezmirsiniz. Hərəkətsiz işlərə tez-tez yaradıcı nöqteyi-nəzərdən yanaşırsınız. Gəlirlərinizi artıra biləcək yaxşı ideyalar fikirləşə bilərsiniz.
Milli.az
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO