Dünyanın dağılacağı tarixi bilən sekta Bakıda – 1000 nəfər eyni anda intihar etdi
Bizi izləyin

Qoroskop

Dünyanın dağılacağı tarixi bilən sekta Bakıda – 1000 nəfər eyni anda intihar etdi

Sosioloqlar indiyə qədər “sekta” sözünün tərifini tam olaraq aydınlaşdıra bilməyiblər. Bəziləri bunu dini qrup kimi, başqaları xarizmatik liderin rəhbərliyi altında insanların ideoloji birləşməsi kimi şərh edir. Bu gün “sekta” sözü tez-tez “ölüm” sözünün sinonimi kimi çəkilir.

Publika.az dünyada ən təhlükəli sektaları və onların fəaliyyəti haqda araşdırmanı təqdim edir.

Onlar arasında davamçıları bu gün Bakıda fəaliyyət göstərənlər də var.

(Sektalarla bağlı əvvəlki araşdırmanı bu linkdən oxuya bilərsiniz: http://publika.az/p/150225)

Xalqların məbədi

Bu sekta vaiz Cim Cons tərəfindən Qayanada (Cənubi Amerikanın şimal-şərqində yerləşən dövlət) yaradılıb. Üzvlər sektaya daxil olandan sonra azadlıqlarını itirdilər. Vaiz üzvlərlə çox sərt davranır, onları döyür və incidirdi. Şahidlərin sözlərinə görə, onun xütbələri siyasi mitinqləri xatırladırdı. Xütbələrin birində Cons Amerika bayrağını hədələyərək, “Fanatiklərin, irqçilərin, imperialistlərin və KuKluksKlançıların xalqı, gözlə. Səninlə hesablaşmağın saatı çatacaq. Budur, mənim əlimdəki kitabı görürsünüzmü? Bu, Bibliyadır. Lakin bu o demək deyil ki, bizi iki min il haqsızlığa göz yummağa məcbur edən kitabı qəbul etməliyik. Mən onu döşməyə atıram, görürsünüzmü. Mən ona tüpürürəm” deyə bildirib.

Cons ayrıca qəsəbədə “kooperasiya sosializmi”ni qururdu. Rəsmi sənədlərdə onların kommunası “Kənd təsərrüfatı və tibbi kooperativ – xalqların mədəbi” adlanırdı. Qəsəbənin küçələrindən biri Leninin adını daşıyırdı. SSRİ-nin himni dinamiklərlə səsləndirilirdi.

1978-ci ilin 18 noyabrında Qayananın cəngəlliklərində təxminən 1000 ABŞ vətəndaşı intihar etdi. İndiyə qədər qəsəbə sakinlərinin ölüm səbəbi bilinmir. Bəzi mənbələr sekta tərəfdarlarının hamısının sianlı kalium (kimyəvi maddə) qəbul etdiyini deyir. Lakin 1998-ci ildə media bunun ABŞ xüsusi xidmət orqanları tərəfindən təşkil olunmuş kütləvi qətl olduğunu yazıb.



“Sinrikyo aumu”



Sektanın əsası Yaponiyada qoyulub. Onun fəaliyyəti əksər ölkədə qadağan olunmuşdu. İlk baxışda buddizm mətnlərinə əsaslanan sektanın təlimi əslində buddizm baxışlarının yalnış anlaşılmasından ibarət idi.

Sekta Yaponiyada bir neçə terror aktı təşkil edib. Tokio metrosunda törədilən terrorda 12 insan həlak oldu. Məhkəmə günahkar kimi Asaxaru sektasının liderini günahlandırdı və 2004-cü ildə edam edildi.


“Mensona ailəsi”



Sektanın lideri Çarlz Mensonu manyak hesab edirdilər. O, özünü peyğəmbər kimi təqdim edirdi. O, ağ və qara irq arasında müharibə elan etdi. Bu müharibəni “Helter Skleter” adlandırırdı və hesab edirdi ki, Yer kürəsini tamamilə təmizləyəcək, dünya üzərində öz hakimiyyətini quracaq.



Menson şəxsi mahnılarından albom çıxartdı. 60-cı illərin sonlarında o, “ailə”ni təsis etdi və cəmiyyət tərəfindən onun kimi təcrid edilmiş şəxsləri üzvlüyə dəvət etdi. Menson 1969-cu ildə bir neçə qətldə, həmçinin, rejissor Roman Polanskinin hamilə arvadı, aktrisa Şeron Teytin qətlində ittiham olunurdu. O, ölüm hökmü ilə cəzlandırıldı. Edam 1977-ci ildə həyata keçirilməli idi, lakin Kaliforniya Ali Məhkəməsi bu cəzanı ömürlük həbslə əvəz etdi. Hazırda Menson “California State Prison” həbsxanasındadır. Jurnalistlər Mensondan müsahibə almağı sevirlər. O, indi özünü əsil rok-ulduz kimi aparır. Mahnıları avanqard rok qrupları tərəfindən ifa olunur.

“Yeddinci günün adventisləri”

Bu sekta 1844-cü ildə ABŞ-da yarandı. Adi fermer Uilyam Miller adventizmin banisi oldu. O, Bibliyanı öyrənərək, tezliklə dünyanın dağılacağı nəticəsinə gəldi. Bu proqnozu o, 1818-ci ildə vermişdi və hesablamalarına görə, dünyanın sonu 1843-cü ildə olacaqdı. Lakin bu baş vermədi. Onun davamçıları bu günə qədər fəaliyyət göstərir.

Ən maraqlısı isə “Yeddinci günün adventisləri” adlı kilsənin hazırda Bakıda Nərimanov rayonu, Yaşar Hüseynov küçəsi, 27 ünvanında fəaliyyət göstərməsidir. ("Google"də bu ünvanı tapmaq, hətta kilsənin telefon nömrəsi ilə də rastlaşmaq olar)

Avandestlərin davamçıları arasında kütləvi intiharları ilə tanınan “Davidova budağı” kilsəsi də var. 1992-ci ildə FTB-yə məlumat daxil oldu ki, “Davidova budağı” kilsəsinin üzvləri qeyri-leqal odlu silah ticarəti ilə məşğuldular. Araşdırma nəticəsində o da məlum oldu ki, Koreş azyaşlıları zorlamaqla məşğuldur. 1993-cü ildə Maunt-Karmeldə axtarışa başlandı. Sekta üzvləri FTB-nin axtarış aparacağından əvvəldən xəbər tutaraq hazırlaşdılar və müqavimət göstərdilər. Atışma nəticəsində 9 insan öldü, 16 agent yaralandı. Lakin FTB içəri daxil ola bilmədi. İki ay boyunca ranço mühasirədə saxlanıldı. İki ay sonra FTB-nin yeni hücumu zamanı Koreş təslim olmaqdan imtina edərək, rançonu yandırdı.

Nəticədə, 82 sekta üzvü və dörd agent həlak oldu. Ölənlərdən 25-i azyaşlı uşaqlar idi.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm