Qoroskop
Astroloji proqnoz - 26 avqust
Qoç - Hadisələrin axarını dəyişmək üçün cəhd
göstərməsəniz, gününüz cansıxıcı, maraqsız və boz keçəcək.
Həyatınıza müxtəliflik qatmaq şanslarınız var, bunun üçün bir qədər
fantaziya və aktivlik tələb olunur.
Qohumlarınızla fikir ayrılıqları yaşaya bilərsiniz. Doğrusu, çox
zaman elə mübahisə etmək naminə hamının əksinə gedirsiniz. Güzəştə
gedin, beləliklə, həm öz əsəblərinizi qorumuş olarsınız, həm də
ətrafınızdakıların başını ağrıtmazsınız. Axşamçağı hədiyyə ala
bilərsiniz.
Buğa - Gərgin və yorucu gündür. Xeyli
qayğılarınız və həyəcanlanmaq üçün səbəbləriniz peyda olacaq.
Müxtəlif problemləri həll etməli, başqalarının etdikləri səhvləri
düzəltməli, əslində biganə olduğunuz insanlar üçün dəridən-qabıqdan
çıxmalı olacaqsınız.
Bəs yaxşı heç nə olmayacaq? Əlbəttə ki, olacaq. Məsələn, bir
nəfərin sizə gizlində güclü rəğbət bəslədiyini aşkara çıxara
bilərsiniz. Günün ikinci yarısı uşaqlarla ünsiyyət kefinizi
açacaq.
Əkizlər - Uğurlu gündür, xeyli yaxşı
imkanlarınız yaranacaq. Sizdən tələb olunan - taleyin
hədiyyələrindən yararlanmaqdır. İstnilən yeni layihənin
gerçəkləşdirilməsinə başlaya bilərsiniz. Hətta onların uğuruna
inanmasanız belə, nəticə sizi kədərləndirməyəcək.
Şəxsi və işgüzar görüşlər, peşəkar və dostyana söhbətlər üçün uyğun
gündür. Gələcəyə nikbinliklə baxırsınız. Bu isə qarşı cinsin
nümayəndələrinin sizə olan marağını artırır. Enerjiniz gün boyunca
tükənməyəcək.
Xərçəng - Lap azacıq səy göstərsəniz, möhtəşəm
nailiyyətlər qazana bilərsiniz. Əlinizə düşən fürsətdən son
zamanlar fikirlərinizi məşğul edən ideyanı gerçəkləşdirmək üçün
istifadə edin. Enerjiniz çoxdur, yorulmaqdan qorxmayın.
Bu gün asanlıqla aşiq olmaq, lap başınızı itirmək ehtimalı var.
Əgər belə bir hal olarsa, hissləriniz qarşılıqlı olacaq. Yeni bir
eşq macərası başlayacaq və nikahla davam edəcək.
Şir - Gün istədiyiniz kimi yaxşı alınmır. Bəzi
Şirlərin ümidləri alt-üst olacaq, bəziləri isə taleyin oyunlarına
əməlli-başlı hirslənəcəklər. Hər şeyi düzəltmək şansınız var: bunun
üçün şəraitə nəzarəti ələ almaq lazımdır. Özünüzə yazığınız gəlməyi
bir tərəfə buraxıb, yubanmadan hərəkətə keçsəniz, yaxşı nəticələr
əldə edə bilərsiniz.
Yeni bir sahədə özünüzü sınaya bilərsiniz, amma ehtiyatlı
olmalısınız. Pis vərdişlərə bu gün tez alışırsınız.
Zəifliklərinizin üstün gəlməsinə imkan verməyin, sonra bunlardan
qurtulmaq sizə qat-qat çətin olacaq.
Qız - Dünənki kimi yaxşı gün deyil, amma bir
qədər ağlınızı işə salsanız, bu da pis keçməyəcək. İntuisiyanıza
güvənin, eksperimentlərdən çəkinməyin. Həyatınızda çox yeni və
hərtərəfli gözəl bir dəyişiklik edə bilərsiniz - buna azacıq cəhd
edin.
Yaxınlarınızla əla dil tapır, əvvəllər fikir ayrılıqları yaradan
məsələlərdə ortaq məxrəcə gəlirsiniz. Qohumlarınızla birlikdə çox
vacib bir işə başlamağın zamanıdır.
Tərəzi - Bəxtiniz gətirmir. Gününüz uğursuz
başlayır. Bəzi Tərəzilər elə fikirləşirlər ki, heç bir şey
bacarmırlar və həmin dəqiqədən etibarən işləri korlanır. Amma
nikbin olanlar neqativ tendensiyaların təsirindən qurtula və günün
birmənalı olmayan hadisələrindən öz xeyirlərinə istifadə edə
bilirlər.
Qarşı cinsin nümayəndələri ilə dil tapmaq çox çətin olur.
Ümumiyyətlə, ünsiyyət baxımından bu gün çox mürəkkəbdir. Ailəlilər
mübahisə edir, sevgililər münasibətləri aydınlaşdırır, valideyn
Tərəzilər uşaqlarına təzyiq edirlər.
Əqrəb - Hadisələrin ləngliyi sizi əsəbləşdirir,
hərəkət etmək əvəzinə, tez-tez gözləməli olursunuz. Özünüz də
tələsir, başqalarını da tələsdirirsiniz, bu zaman səhvlərinizi
görmürsünüz. Sonra bunların fərqinə varanda onları aradan
qaldırmağa ikiqat çox vaxt sərf edirsiniz.
Maliyyə baxımından gün uğurludur. Pul, çoxdan gördüyünüz işin
mükafatını ala bilərsiniz. Həmçinin borcunuzu da qaytaracaqlar.
Aldığınız pulları ağılla xərcləyə biləcəksiniz.
Oxatan - Uğurlu gündür. Xeyli sevincli anlar
yaşayacaqsınız. Yaxşılığa doğru dəyişiklikləri görmək çətin deyil.
İstənilən yeni layihənin gerçəkləşdirilməsinə başlamaq olar. Əgər
bu sahədə bilikləriniz kifayət etmirsə, narahat olmayın,
intuisiyanız sizə doğru yolu göstərəcək.
Əməkdaşlıq, ünsiyyət, birgə istirahət üçün əla gündür. Flirt edə,
eşq macəralarına başlaya bilərsiniz. Əgər həqiqi, ciddi
münasibətlər arzusundasınızsa, fəaliyyətə keçin.
Oğlaq - İstənilən yeni layihəniz uğurlu olacaq.
Bu gün çevik olmaq, tənbəllik etməmək lazımdır. Əgər ilk cəhddən
heç nə alınmırsa, qarşınıza qoyduğunuz məqsəddən çəkinməyin.
İnadınız və ağlınız sayəsində bu gün möhtəşəm nəticələr əldə edə
bilərsiniz.
Xırda anlaşılmazlıqlar mümkündür, amma onlar sizi panikaya salmır.
Siz ilk baxışdan çox mürəkkəb vəziyyətdən çıxış yolu tapırsınız.
Sevgiliniz sizə xoş sürpriz edəcək.
Dolça - Birmənalı olmayan situasiyadasınız.
Həyatınızda vacib rol oynayacaq bir qərar verməlisiniz. Məsuliyyəti
başqasının boynuna qoymayın və vaxtı da uzatmağa çalışmayın: vacib
sualları vaxtında, gecikmədən, dərhal və qəti cavablandırmaq
lazımdır. Şəxsi münasibətlərdə təşəbbüskar olun.
Səhhətinizlə bağlı xırda problemlər meydana çıxa bilər. Bir çox
Dolçaların xroniki xəstəlikləri güclənəcək. Fiziki işi azaldın.
Əgər idmanla məşğul olmaq niyyətindəsinizsə, bunu təcrübəli
məşqçinin nəzarəti altında edin.
Balıqlar - Hadisələri sakit qəbul etməyə
çalışın. Əgər özünüz axtarmasanız, heç bir çətinliyiniz olmayacaq.
Günün ikinci yarısı mürəkkəb bir şəraitə düşə bilərsiniz, amma
burada yaxın adamınız köməyinizə gələcək, rahat nəfəs ala
biləcəksiniz.
Ünsiyyət üçün yaxşı gündür, ciddi fikir ayrılıqlarından çəkinmədən
vacib problemləri müzakirə edə bilərsiniz. Axşama doğru enerjinriz
tükənəcək, yorğunluq hiss edəcəksiniz. Gərəksiz risklərdən qaçın,
ağır fiziki işdən və qaranlıq çağı səfərlərdən imtina edin.
milli.az
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ