Qoroskop
Səbuhi Rəhimlidən mayın 28-nə olan astroloji proqnoz
QOÇ - Şəxsi perspektivlərinizi reallaşdırmaq istiqamətində sizə mane olanların sayı durmadan artır. Odur ki, görəcəyiniz işlər barədə heç kimə informasiya verməyin. Bir az qapalı olun.
BUĞA - Hədsiz dərəcədə uğurlu gündür. Bu proqnozun reallaşması üçün əlinizdən gələni etməlisiniz. Aktiv olun. Yeni simalarla görüşləriniz, uğurlu sövdələşmələriniz də gözlənilir.
ƏKİZLƏR - Ulduzlar bəxtinizə uğurlu zaman kəsiyi yazıb. İstər qarşılıqlı münasibətlər zəminində, istərsə də iş prinsipində nailiyyətləriniz saysız ola bilər. Bir şərtlə ki, əsəblərinizi qoruyasınız.
XƏRÇƏNG - Qərarlarınızdan dönməyin. Ən azı ona görə ki, Göy qübbəsi düz yolda olduğunuzdan xəbər verir. İkitərəfli danışıqlarda iştirak etməyiniz gələcək karyeranızda böyük rol oynayacaq.
ŞİR - Hər şey çıxardığınız qərarlardan asılı olacaq. Tərəddüd etdiyiniz məsələlərdə etibar etdiyiniz şəxslərin məsləhətlərindən yararlanın. Qonaqlıq və əyləncələr üçün münasib vaxt deyil.
QIZ - Yaxşı olar ki, bu əzəmətli tarixdə bütün işlərinizi saat 16-ya qədər yekunlaşdırasınız. Çünki sonrakı ərəfə münaqişəli ola bilər. Bu arada yeni sövdələşmələrdə iştirakınız da gözlənilir.
TƏRƏZİ - Bəri başdan anlayın ki, bu gözəl təqvimdə işləriniz hədsiz dərəcədə çox olacaq. Xüsusən də axşam saatlarınadək bərk yorulacaqsınız. Elə isə bayram ləzzətini sonrakı saatlara saxlayın.
ƏQRƏB - Maliyyə problemlərinizin mövcudluğuna baxmayaraq, bu gözəl gündən razı qalacaqsınız. Çalışın ki, görəcəyiniz işləri sistem halına salasınız. Qətiyyən tələskənliyə yol verməyin!
OXATAN – Bu bayram gününü rahat tərzdə yola salmağa çalışın. Bütün problem və qayğıları bir tərəfə atıb ürəyinizə yaxın insanların ətrafında olun. Beyin gərginliyini azaltmaq üçün gözəl fürsətdir.
OĞLAQ - Şəxsi taleyinizdə böyük dönüşə başlamaq üçün konkret addımlar atmağa başlayın. Xırda məişət problemlərinə, eyni zamanda dedi-qoduya əbəs yerə enerji itirməyin. Təklifləri qəbul edin.
SUTÖKƏN - Bu gün uğurlu işgüzar sövdələşmələriniz gözlənilir. Təşəbbüskarlığı əldən verməyin. Baxmayaraq ki ümumi işlər passivdir, nəzərdə tutduğunuz işləri başa çatdıra bilərsiniz.
BALIQLAR - Yalnız qonaqlıq və səfərlər üçün düşərli ərəfədir. Maliyyə və fəaliyyət sahəsində isə gərginliklə üzləşə bilərsiniz. Bu arada vaxt tapıb müqəddəs ziyarətgahlara da baş çəkin.
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ