Qoroskop
Astroloji proqnoz - 19 oktyabr

QOÇ - Yersiz lovğalıq, mənəm-mənəmlik, inamsızlıq sizə başucalığı gətirən deyil. Bu amili nəzərə alıb ünsiyyətdə olduğunuz adamlara qarşı mərhəmətli davranın. Yeni əlaqələrdən çəkinməyin.
BUĞA - Kifayət qədər səmərəli gündür. İşbirliyi qurduğunuz adamlarla perspektivli nəticələr əldə edə bilərsiniz. Ulduzlar daha çox maliyyə baxımından uğurlara yiyələnəcəyinizi bildirir. Elə isə tələsin.
ƏKİZLƏR - Fəaliyyətə ara verməyiniz məsləhətdir. Yaxşı olar ki, ürəyinizə yaxın olan simsarlarınızla bir yerdə olasınız. Bu, daxili nisgilinizi azalda bilər. Müqəddəs ziyarətgahlardan birinə getmək də olar.
XƏRÇƏNG - İxtiyarınızda bir qədər mistik gün durur. Tanrıya xoş getməyən əməllərdən çəkinin. Ulduzlar gün ərzində büdcənizin xeyli ağırlaşacağını bəyan edir. Odur ki, bəri başdan buna hazır olun.
ŞİR - İnsanlarla münasibətdə vəziyyət heç də ürəkaçan olmayacaq. Ola bilsin ki, sizə qarşı təxribat da törədilsin. Hər halda tədbirli olmağınız lazımdır. Axşam xoş əhatəli qonaqlığa getməyə dəyər.
QIZ - Bütün enerjinizi məhəbbətə yönəldin. Xırda umu-küsüləri və konfliktləri qaydasına salmağa çalışın. Bunu etməsəniz, Göy qübbəsinin qəzəbinə gəlib xəstələnə bilərsiniz. Böyük məsləhətinə dəyər verin.
TƏRƏZİ - Ayın ən əhəmiyyətli günlərindən birini yaşayacaqsınız. Bu baxımdan fəaliyyət zəminində uğurlarınız daha çox olacaq. Sövdələşmələrdə qarşı tərəfin ədalətli mövqeyini mütləq nəzərə alın.
ƏQRƏB - Fərdi fəaliyyət prinsipində müsbət dönüş yaratmaq istəyirsinizsə, bu təqvimdən maksimum istifadə edin. Əks təqdirdə yaxın günlərdə bu şansı itirəcəksiniz. Hamıya mehriban olun.
OXATAN - Sizə dəxli olmayan məsələlərə az müdaxilə edin. Onsuz da son məqamda yardımçı olduğunuz şəxslər özünüzə qarşı yönələcək. Günün ikinci yarısında yaxın qohumlarınıza mütləq baş çəkin.
OĞLAQ - Xeyirxah Fikir, Xeyirxah Söz, Xeyirxah Əməl - ulu Zərdüştün bu tövsiyələri nə qədər ki qəlbinizə hopmayıb, taledən mərhəmət gözləməyin. İndi seçim sizindir, başlamağa dəyər. Ürəyinizə sevgi qatın.
SUTÖKƏN - Səfər və qonaqlıq üçün ideal gündür. Əgər maddi durumunuz buna imkan verirsə, yola düşməyə dəyər. Yaxşı bilirsiniz ki, sizin üçün darıxanlar və yolunuzu gözləyənlər çoxdur.
BALIQLAR - Astroloji göstəricilər şəxsi münasibətlərinizi düzəltmək üçün gözəl imkan qazanacağınızı bildirir. Dəvətlərdən qaçmayın. Ola bilsin ki, belə görüşlər arzularınızın əksər qismini həyata keçirsin.

-
Avropa13:08
Tarixdə ilk: Britaniya kəşfiyyatına gürcü qadın rəhbərlik edəcək
-
Sosial11:58
Ekspert üsyan etdi: Bu sistem gənclərə hansı dəyərləri ötürüb?
-
Region10:50
Pezeşkian Azərbaycana müraciət etdi: İsraili dayandırın
-
Yaxın Şərq10:36
İsrailin hücumuna görə bu ölkə günahkardır - Pezeşkian adını açıqladı
-
Region09:12
İsrail SEPAH-ın Qüds Qanadının komanda məntəqələrini vurdu - VİDEO
-
Magazin108:36
Bakıdakı konsertdən FOTOLAR
-
Magazin106:16
Nüşabə nəvəsini dollar yağışına tutdu - VİDEO
-
Region03:43
İranın nüvə obyektində zəlzələ baş verdi