Qoroskop
Səbuhi Rəhimlidən fevralın 12-nə olan astroloji proqnoz
QOÇ - Səhər saatlarında qeyri-ciddi adamların xoşagəlməz rəftarı ilə üzləşə bilərsiniz. Çalışın ki, belə amillər ovqatınızı korlamasın. Nahardan sonra səfərə çıxmağa dəyər.
BUĞA - Maraqlı görüşlər yolunuzu gözləyir. Güman ki, sizi böhranlı vəziyyətdən çıxara bilən insanlarla qarşılaşacaqsınız. Amma belə məqamlarda təmkinli olun ki, sonda gülə biləsiniz.
ƏKİZLƏR - İşgüzar və riskli sövdələşmələrdə iştirakınızı təxirə salmağa çalışın. Ən azından bu təqvim deyilən məsələlər üçün önəmli deyil. Gün ərzində dostlarınızla bir yerdə olun.
XƏRÇƏNG - Bəxtinizə fəaliyyət və yeni əlaqələr üçün ən uğurlu məqamlar düşəcək. Odur ki, mövcud potensialınızdan maksimum bəhrələnin. Müqəddəs yerləri ziyarət etmək yaxşı olardı.
ŞİR - Məqsədlərinizi həyata keçirməkdə bəzi maneələrlə üzləşsəniz də, günün ümumi mənzərəsi istəyinizə uyğun tərzdə canlanacaq. Büdcənizdə artım da mümkündür, amma səhhətinizi qorumalısınız.
QIZ - Şəxsi işlərinizdə böyük dönüş gözlənilir. Qarşıda duran yarım ay ərzində görəcəyiniz işləri reallığa yaxınlaşdırmaq üçün müttəfiqlərinizlə əlaqələri dərinləşdirməlisiniz.
TƏRƏZİ - Günün ümumi mənzərəsi gərgin olsa da, bunun qarşısını ala bilərsiniz. İlk növbədə səbr nümayiş etdirin. Nahardan sonra isə yalnız istirahət və gəzintilərə meyl edin.
ƏQRƏB - Gələcək perspektivlərinizi reallaşdırmaq istiqamətində tənbəllik edirsiniz. Belə ki, sizə lazım olan bütün gedişləri bildiyiniz halda fəaliyyət göstərmirsiniz. Əzmkarlığınızı artırın.
OXATAN - Müntəzəm surətdə təmasda olduğunuz adamların obyektiv rəyləri ilə hesablaşmağa çalışın. Məsləhət almaq ayıb iş deyil. Qazanmaq üçün çoxsaylı şanslarınız da mümkündür.
OĞLAQ - İxtiyarınıza elə bir gün verilib ki, yalnız öz gücünüzə güvənməlisiniz. Kənar müdaxilə və məsləhətlər o qədər də önəmli deyil. Günün ikinci yarısını bütünlüklə sevgiyə həsr edin.
SUTÖKƏN - Çoxdan bəri donub qalmış planlarınızı dirçəltmək üçün bəzi şəxslərə müraciət etməyiniz böyük səmərə verə bilər. Saat 14-dən sonra iştirak etdiyiniz bütün görüşlər xeyrinizədir.
BALIQLAR - Başınızdakı yeni ideyaları reallaşdırmağı bacarsanız, uğurlarınız daha da yaxınlaşacaq. Yeganə narahatçılığınız səhhətlə bağlı ola bilər. Büdcənizi boş məsrəflərə xərcləməyin.
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər