Qoroskop
Astroloji proqnoz - 02 yanvar
QOÇ - Gün ərzində üzərinizə düşən başlıca vəzifə səhhətinizə fikir vermək və baş verən proseslərə obyektiv yanaşmaqdır. Bu gün hər hansı çılğınlıq yalnız öz əleyhinizə işləyə bilər. Vaxt olsa, ziyarətgaha da baş çəkin.
BUĞA - Bu gün yalnız ailə-məişət məsələləri ilə məşğul olmalısınız. Maliyyə imkanlarınız bir qədər passiv görünsə də, saat 18-dən sonra irəliləyişlər mümkün ola bilər. Odur ki, xüsusi aktivlik göstərin.
ƏKİZLƏR - Reallığa uyğun davransanız, kimsə sizə qarşı qərəz nümayiş etdirməyəcək. Bu gün yaxın məsafəyə səfər etmək üçün də geniş imkanlarınız yaranacaq. Fürsət olsa, yola düşməkdən imtina etməyin.
XƏRÇƏNG - Praktiki işlərə aludə olmaqdansa nəzəri fəaliyyətə üstünlük verin. İdeal planlarınızın gerçəkləşməsində bunun rolu böyükdür. Nahardan sonra bayramda yoluxmadığınız döğmalarınızı yoluxun.
ŞİR - Ulduzlar ilk növbədə verdiyiniz vədlərə xilaf çıxmamağı tövsiyə edir. Əks təqdirdə nüfuzunuz aşağı düşəcək. Bu gün uzaq səfərə çıxmaq, sövdələşmə aparmaq üçün çox əlverişlidir.
QIZ - İş günü olmamasına baxmayaraq, nüfuzlu və imkanlı insanlarla görüşləriniz sizə böyük səmərə verə bilər. Belə görüşlərdən imtina etməyin. Nəticəsinə əmin olmadığınız işlərə isə baş qoşmayın.
TƏRƏZİ - Ötən iki ayda həyata keçirə bilmədiyiniz bir neçə planın reallaşmasına çalışın. Bu istiqamətdə inandığınız insanların köməyindən də yararlana bilərsiniz. Yeni həftənin bütün layihələrini indidən qurun.
ƏQRƏB - Mistik duyğulara qapılmaqdansa Tanrıya sığının. Şəxsi taleyinizdə böyük dəyişiklik yaratmaq daha çox çıxardığınız qərarlardan asılı olacaq. Bir şərtlə ki, ədalətli addımlar atasınız.
OXATAN - Şəxsən sizə aidiyyatı olmayan məsələlərə müdaxilə etməyin. Pulla bağlı riskli sövdələşmələrdən yayının. Bir az da qənaətcil olun. Saat 16-18 aralığında büdcənizi artırmaq ehtimalınız var.
OĞLAQ - Daxili tərəddüd və nigarançılığınızı duyan Göy qübbəsi saat 15-dən sonra istər qarşılıqlı münasibətlərdə, istərsə də maddi durumunuzda əsaslı dönüş yaratmağa çalışacaq. O vaxta qədərsə müqəddəs yerləri ziyarət edin.
SUTÖKƏN - Gün ərzində hər bir davranış və ünsiyyətinizdə təmkinli olmalısınız. Yaxşı olar ki, danışıq və sövdələşmələri təxirə salıb istirahətinizi təmin edəsiniz. Qida rejiminizə də ciddi diqqət ayırın.
BALIQLAR - Nəzərə alın ki, şəxsi həyatınızda baş verən əksər səhvlərin səbəbkarı daha çox özünüzsünüz. Bir qədər başqalaşmağa səy göstərin. Məhz bu gün tövsiyələrimizi daha çox nəzərə alın.
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO