Qoroskop
Astroloji proqnoz - 03 yanvar
QOÇ - Yeni il ovqatı bu təqvimi əsasən istirahətə həsr etməyi məsləhət görür. Qonaqlıqlar, birgə gəzintilər, yaxın səfərlər sizə yalnız ruh yüksəkliyi gətirə bilər. Gecəni öz evinizdə keçirin.
BUĞA – Ulduzların düzümü bu təqvimdə xoş məqamların şahidi olacağınızı bəyan edir. Lakin bunlar təxminən saat 15-dən sonra olacaq. O vaxta qədərsə maksimum ehtiyatlı olmalısınız.
ƏKİZLƏR - Dünəndən bürcünüzdə qərar tutan mənfi enerjili Ay səhhətinizlə bağlı problemlər yarada bilər. Buna baxmayaraq, nəzərdə tutduğunuz planların həlli üçün saat 13-ə qədər vaxtınız olacaq.
XƏRÇƏNG - Ümumi məziyyətlərinə görə, düşərli gün hesab etmək olar. Bir tərəfdən maraqlı insanlarla görüşləriniz, digər tərəfdənsə şəxsi işlərinizdə baş qaldıran müsbət dönüş sizi sevindirəcək.
ŞİR - Ötən ilin maliyyə problemlərinə görə özünüzü üzməməlisiniz. Çünki Göy qübbəsi bunun qısa zamanı əhatə edəcəyini bildirir. Axşam qonaq getmək üçün variantlardan birini işə salın.
QIZ - Əsas enerjinizi fəaliyyət istiqamətinə yönəldin. Boş məsrəflərə ciddi pul xərcləməyin. Hər hansı riskdən uzaq olun. Vaxt tapsanız, müqəddəs ziyarətgahlarımızdan birinə baş çəkin.
TƏRƏZİ - Yanvarın gəlişi daxili tərəddüdlərinizi kifayət qədər səngidəcək. İşgüzar görüşlərdə iştirak etmək üçün böyük şanslarınız olacaq. Fəaliyyətinizdə də müvəffəqiyyətlər mümkündür.
ƏQRƏB - Yeni əlaqələrə başlamaq üçün konkret addımlar atmağa dəyər. Amma hansısa məsələyə görə ciddi məbləğdə xərc çəkməyə lüzum yoxdur. Rəhbərliklə münasibətləri mülayimləşdirin.
OXATAN - 2013-cü ilin bəxtinizə düşən ən uğurlu ayı artıq yetişib. Bunu özünüz də hiss edəcəksiniz. Xüsusən də günortadan sonra uğurlu məqamlarınız artacaq. Hər mənada diqqətli olun.
OĞLAQ – Bu soyuq təqvim sizin üçün bir qədər mübahisəli keçə bilər. Odur ki, maksimum təmkin nümayiş etdirməyiniz vacibdir. Saat 15-18 radələrində təzə xəbərlər eşidəcəksiniz.
SUTÖKƏN - Maddi durumunuzun dirçələcəyinə əmin ola bilərsiniz. Günün ikinci yarısında əsas vaxtınızı yalnız bu amilə ayırın. Ağlınız kəsməyən işlərə girişməyin. Axşam evə tez gedin.
BALIQLAR - İlin bu ilk ayı şəxsi taleyinizdə əsaslı rol oynayacaq. Konkret bu günsə təhlükəsizliyinizi təmin etməli, nəqliyyat və digər avadanlıqlarla ehtiyatlı davranmalısınız. Uzaq səfərə çıxmayın.
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO