Qoroskop
Astroloji proqnoz - 07 yanvar
QOÇ - Əvvəlki günlərdən fərqli olaraq bu ərəfədə rahatlıq əldə edəcəksiniz. Hər hansı konfliktlə üzləşmə ehtimalınız da yoxdur. Sağlamlıqla bağlı sıxıntılarınız kifayət qədər səngiyəcək.
BUĞA - Perspektivlərinizi reallaşdırmaqda tənbəllik edirsiniz, sizə lazım olan bütün gedişləri bildiyiniz halda fəaliyyət göstərmirsiniz. Sonra başqalarında günah görməmək üçün münasib addım atın.
ƏKİZLƏR - İxtiyarınıza elə bir gün verilib ki, yalnız öz gücünüzə güvənməlisiniz. Kənar müdaxilə və məsləhətlər önəmli deyil. Günün ikinci yarısını bütünlüklə sevgiyə həsr edin.
XƏRÇƏNG - Müntəzəm surətdə təmasda olduğunuz adamların obyektiv rəyləri ilə hesablaşmağa çalışın. Məsləhət almaq ayıb iş deyil. Onu da nəzərə alın ki, bu təqvim qazanc üçün çox səmərəlidir.
ŞİR - Ay bürcünüzdə olduğundan yersiz risk etməyin. Əgər haqlısınızsa, bunu gec-tez hamı biləcək. Saat 17-dən sonra şəxsi işlərinizdə böyük dönüş gözlənilir. Təşəbbüskar özünüz olun.
QIZ - Çoxdan bəri donub qalmış planlarınızı dirçəltmək üçün bəzi şəxslərə müraciət etməyiniz böyük səmərə verə bilər. Saat 14-dən sonra şəxsi büdcənizi artırmağa şanslı olacaqsınız.
TƏRƏZİ - Yeni ideyalarınızı reallaşdırmağı bacarsanız, uğurlarınız daha da yaxınlaşacaq. Yeganə narahatçılığınız səhhətlə bağlı ola bilər. Günün ikinci yarısını sövdələşmələrə həsr edin.
ƏQRƏB - Maraqlı görüşlər yolunuzu gözləyir. Güman ki, sizi böhranlı vəziyyətdən çıxara bilən insanlarla qarşılaşacaqsınız. Amma belə məqamlarda təmkinli olun ki, sonda gülə biləsiniz.
OXATAN - Səhər saatlarında qeyri-ciddi adamların xoşagəlməz rəftarı ilə üzləşə bilərsiniz. Çalışın ki, belə amillər ovqatınızı korlamasın. Nahardan sonra işləriniz qaydasında gedəcək.
OĞLAQ - İşgüzar və riskli sövdələşmələrdə iştirakınızı təxirə salmağa çalışın. Çünki ixtiyarınızda olan bu tarix deyilən məsələlər üçün önəmli deyil. Amma səfər və səyahətlər üçün uğurlu vaxtdır.
SUTÖKƏN - Günün ümumi mənzərəsi gərgin olsa da, bunun qarşısını ala bilərsiniz. İlk növbədə səbr nümayiş etdirin və imkan daxilində müqəddəs ziyarətgahlarımızdan birinə üz tutun.
BALIQLAR - Əsas diqqətinizi fəaliyyət istiqamətinə yönəldin. Qarşılıqlı münasibətlərdə, alış-veriş məsələlərində isə hansısa müvəffəqiyyət gözlənilmir. Axşam bütün risklərdən uzaq olun.
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO