Astroloji proqnoz - 13 yanvar
Bizi izləyin

Qoroskop

Astroloji proqnoz - 13 yanvar

QOÇ - Astroloji göstəricilər qarşınızda görüşlərlə zəngin bir gün olduğunu bəyan edir. Səfər üçün uğurlu olmasa da, yaxın məsafədə yaşayan simsarlarınıza baş çəkməyiniz sizə rahatlıq gətirəcək.

BUĞA – Energetik anlamda sizin üçün əhəmiyyətli bir təqvimdir. Qarşınızda duran sınaqlardan daha mənfəətli şıxmaq üçün bunun böyük əhəmiyyəti olacaq. Axşama doğru ailə üzvlərinizlə əlaqəni dərinləşdirin.

ƏKİZLƏR – Saat 13-ə qədər bütün ciddi işlərinizi təxirə salın. Çünki nəzərdə tutduğunuz planların reallaşma ehtimalı nəinki yoxdur, habelə bu istiqamətdə maneələriniz artacaq. Sonrakı saatlar qismən uğurludur.

XƏRÇƏNG - Hiss olunur ki, ötən günlərin verdiyi gərginlikdən özünüzə gəlməmisiniz. Amma bu təqvimdə eyni şeylərin təkrarlanacağına inanmayın. Çünki saat 11-dən müvəffəqiyyətli müstəvidə olacaqsınız.

ŞİR - Yaxşı olar ki, hər şeydən əvvəl Tanrıya üz tutasınız. Son zamanlar bunu etmədiyiniz üçün işləriniz heç də yaxşı getmir. Elə isə vaxt itirməyin, nahardan etibarən hərəkətə keçin. Doğru olanı seçin.

QIZ - Maraqlı səfərlər yolunuzu gözləyir. Ümumiyyətlə, indi sizə insanlarla çoxəlaqəli ünsiyyət qurmaq həddən artıq vacibdir. Ən azı ona görə ki, tənhalıq, özünə qapılmaq daxilinizdə irticaçı fikirlər formalaşdıra bilər.

TƏRƏZİ - Göy qübbəsinə inansaq, bu gün maddi problemləriniz düzəlməlidir. Amma gərək boş-boş şeylərə xərc çəkməyəsiniz. Əks təqdirdə müflisləşə bilərsiniz. Günün ikinci yarısında perspektivli təkliflər alacaqsınız.

ƏQRƏB - Özünüzü xəstəlikdən qorusanız, ixtiyarınızda olan bu təqvimdə heç bir ciddi problemlə rastlaşmayacaqsınız. Ulduzlar bəyan edir ki, saat 15-dən etibarən qarşınızda böyük perspektivlər açılacaq.

OXATAN – Bu gündən şəxsi həyatınızda böyük dönüş yaranacaq. Bu, həm fəaliyyət zəminində, həm də qarşılıqlı münasibətlərdə özünü büruzə verəcək. Bu arada aldığınız hər bir təklifə ciddi yanaşın.

OĞLAQ - Bürcünüzün aktivlik dövrünə təsadüf edən bu təqvimdə əsas diqqəti əsəblərinizin qorunmasına yönəltməlisiniz. Çünki ünsiyyədə olduğunuz adamlardan bir çoxu zəhmətinizin dəyərini aşağı salmağa çalışacaq.

SUTÖKƏN – Saat 13-ə qədər sağlıq durumunuza diqqət yetirsəniz, qalan müddəti rahat şəkildə başa vuracaqsınız. Üstəlik, yeni iş təklifləri, pozulmuş münasibətlərin bərpası ovqatınızı xoş edəcək.

BALIQLAR - Kosmik mənzərə əleyhinizə işlədiyi üçün bütün şübhəli və həll olunmamış məsələlərdə daha çox neytral mövqe nümayiş etdirin. Əsəblərinizi qorumaq isə başlıca öhdəliyiniz olmalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm