Qoroskop
Astroloji proqnoz - 22 yanvar
QOÇ - Köhnə mübahisələrə, yarıtmaz tərəfdaşlarla haqq-hesab çürütməyə vaxt itirməyin. Yalnız böyük ideyalarınız barədə düşünün. Bunu bacarsanız, saat 15-dən o tərəfə uğurlar sizi müşayiət edəcək.
BUĞA - Çalışın ki, fəaliyyət və qarşılıqlı münasibətlərdə yanlışlığa yol verməyəsiniz. Əks təqdirdə ciddi problemlərlə rastlaşa bilərsiniz. Bu gün mənəvi dəyərlərə və hörmət qazanmağa daha çox üstünlük verin.
ƏKİZLƏR - Əsas məqsədi işgüzar sövdələşmələrə yönəldin ki, gələcək perspektivlərinizə yol açılsın. Ulduzlar təvəqqe edir ki, bu gün heç kimə yalan vədlər verməyəsiniz və təşəbbüskarlığı əldə saxlayasınız.
XƏRÇƏNG – Bu təqvimdə gücünüz artdığından bütün vacib planlarınızı yavaş-yavaş həyata keçirməlisiniz. Yalnız maliyyə məsələləri ilə bağlı ehtiyatlı olun. Nahardan sonra uzaq səfərə cıxmaq planlarınızı gerçəkləşdirin.
ŞİR – Dəyişkən fikirli insanlarla hər hansı bir işbirliyinə getməyin. Özünüzü qiymətli tutun. Saat 10-11 və 17-19 aralığında ağlınız kəsməyən bütün müzakirələrdən vaz keçin. Axşam gəzintisi yaxşı olar.
QIZ – Ürəyinizdən Tanrı eşqini çıxarmayın, müqəddəs yerlərə baş çəkin, ətrafınızda olan hər kəsə xeyirxahlıq göstərin. Yalnız bu halda uğurlarınız arta bilər. Bu gün uzaq səfərləri mümkün qədər təxirə salın.
TƏRƏZİ – İxtiyarınızda olan bu günü çox rahat şəkildə başa vuracaqsınız. Maddi müstəvidə qazanmaq imkanlarınız da var. Ən başlıcası, ulduzlar aldığınız bütün təkliflərə razılıq verməyinizi təvəqqe edir.
ƏQRƏB – Astroloji göstəricilər əsəblərinizin xeyli sakitləşdiyindən xəbər verir. Bu isə böyük işlər görməyinizə stimul verəcək. Odur ki, proqnozumuzdan xəbər tutan dəqiqədən hərəkətə keçin. Riskdən qorxmayın.
OXATAN – İstənilən situasiyada reallığa uyğun addım atın. Hər hansı qərəz nümayişi yolverilməzdir. Bu gün üzərinizə ağır öhdəliklər də götürməyin ki, dostlar yanında nüfuzdan düşməyəsiniz.
OĞLAQ – Artıq dağı dağ üstünə qoymağa zəmin yaranıb. İnandığınız adamların köməyilə öz hədəfinizə çatmaqda çətinliyiniz olmayacaq. Xüsusən də saat 13-17 aralığı sizin üçün çox düçərli olmalıdır.
SUTÖKƏN – Bürcünüzün Zodiakda möhkəmlənməsi sizə əlavə stimul verəcək. Amma gərək riskli addımlardan çəkinəsiniz. Saat 14-dən sonra bir neçə sürprizlə rastlaşma ehtimalınız var. Qidanıza fikir verin.
BALIQLAR – Qarşınızda neytral bir gün durur. Hər hansı sürpriz və ya uğursuzluq gözlənilmir. Yaxşı olar ki, gün ərzində yalnız adi işlərin həlli ilə məşğul olasınız. Yaxın məsafəyə səfər etmək də olar.
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü