Qoroskop
Astroloji proqnoz - 28 iyun
QOÇ - Maddi problemlərinizin qabarmasından narahat olmayın. Çünki yaxın vaxtlarda bu istiqamətdə uğurlarınız artacaq. İndi yalnız görəcəyiniz işləri konkretləşdirməlisiniz.
BUĞA - İyun ayının ən uğurlu günlərindən birini yaşayacaqsınız. Bir tərəfdən maraqlı görüşlər, digər tərəfdənsə perspektivli sövdələşmələr sizi sevindirəcək. Yeni təkliflər də mümkündür.
ƏKİZLƏR – Yaxşı olar ki, bu təqvimin əsas vaxtını istirahətdə keçirəsiniz. Çox da uzaq olmayan ünvanlara səfər etməyiniz də yaxşı olar. Yeni işlərə başlamaqsa hələ tezdir. Nahardan sonra pul gözlənilir.
XƏRÇƏNG - Ümumi məziyyətlərinə görə, uğurlu gün hesab etmək olar. Qarşılıqlı münasibətlərdə yaranmış müsbət çalarlar ovqatınızı xeyli yüksəldəcək. Yersiz mübahisələrə baş qoşmayın.
ŞİR - Ailə-sevgi münasibətlərində vəziyyət tamamilə xeyrinizə cərəyan edəcək. Kənar təsirlərə aludə olmayın. Köməyə ehtiyac duyan yaxınlarınıza sədaqətinizi göstərin. Qidanıza fikir verin.
QIZ - Saat 17-yə qədər riskli planlarınızı reallaşdırmağa çalışın. Qalan müddət isə bu baxımdan səmərəli deyil. Qohum-əqraba ilə əlaqə saxlamaq, görüşmək üçün bu təqvimin böyük əhəmiyyəti var.
TƏRƏZİ - Kollektiv gəzintilərə çıxmaq üçün əlverişli tarixdir. Buna əməl etməklə sürprizlərlə rastlaşacaqsınız. Günortadan sonra isə maraqlı situasiyaların iştirakçısına çevriləcəksiniz.
ƏQRƏB - Mənfi yüklü Ay bürcünüzdə qərar tutduğundan tay-tuşlarınızla müəyyən mübahisələriniz gözlənilir. Özünüzü qalmaqallara istiqamətləndirməyin. Yaşca sizdən kiçiklərə qayğı göstərin.
OXATAN - Yalnız sövdələşmələr üçün münasib vaxtdır. Amma bu tövsiyələrə günün ikinci yarısında əməl etməlisiniz. Hər hansı fiziki işlərə başlamaq, səfərə çıxmaq isə yolverilməzdir.
OĞLAQ - Səhhətinizlə bağlı xırda problemləriniz gözlənilsə də, özünüzə diqqət yetirməklə bu kimi mənfi fəsadları aradan qaldıra biləsiniz. Çalışın ki, gün ərzində ağır fiziki işlərə girişməyəsiniz.
SUTÖKƏN - Ailədə və sevgi münasibətlərində vəziyyət xeyrinizə olduğundan əsas üstünlüyü bu istiqamətə yönəltməlisiniz. Dardüşüncəli insanlara əhəmiyyətsiz yanaşın. Gələcəyə ümidlə baxın.
BALIQLAR - Qohumluq münasibətlərində səxavətli olmağınız məsləhət görülür. Hansısa şəxsi probleminizi qabartmaqdansa, daha bəşəri ideyalarla məşğul olun. Vaxt tapıb müqəddəs yerləri ziyarət edin.
-
Sosial21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi