Region
Fransa, Almaniya və Britaniya birgə bəyanat yaydı
Fransa, Almaniya və Böyük Britaniya liderləri ABŞ-ın İranla bağlanmış nüvə sazişindən çıxması haqqında birgə bəyanat yayıb.
Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Angela Merkel və Böyük Britaniyanın baş naziri Tereza Meyin imzasını daşıyan bəyanatda tərəflər ABŞ-ın bu qərarını kədər və narahatlıq ilə qarşıladıqlarını bildiriblər.
Bəyanatda tərəflərin müqaviləyə sadiq qaldığı və bunun ümumi təhlükəsizlik üçün vacib olduğu bildirilib. Qeyd edilib ki, İranın nüvə sazişi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının yekdilliklə qəbul etdiyi qətnamə ilə dəstəklənir və bütün tərəflər sazişin tam həyata keçirilməsi üçün məsuliyyətlə hərəkət etməlidir.
Avropa İttifaqı diplomatiyasının rəhbəri Federika Mogerini isə bildirib ki, saziş 12 illik diplomatiyanın məhsulu və ən böyük uğurlarından biridir: “Bu müqavilə hamımıza aiddir. Bu müqaviləni beynəlxalq ictimaiyyətlə davam etdirəcəyik. Saziş regionun, Avropanın və bütün dünyanın təhlükəsizliyi baxımından çox vacibdir. Aİ təhlükəsizlik maraqlarını əsas tutur. Biz müqaviləni davam etdirəcəyik”,- deyə o, qeyd edib.
Qeyd edək ki, Donald Tramp ABŞ-ın İranın nüvə proqramı üzrə razılaşmadan çıxdığını bildirib. (APA)
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO