Məhərrəmin İncənin incə planları: Yeni partiya yaradır
Bizi izləyin

Region

Məhərrəmin İncənin incə planları: Yeni partiya yaradır

24 iyun tarixində keçirilən president seçkilərində göstərdiyi performans ilə minlərlə insanın rəğbətini toplayan Türkiyənin prezidentliyə namizədi Məhərrəm İncə haqqında yeni iddialar ortaya çıxıb.

Publika.az xəbər verir ki, hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın seçkilərdə ən real rəqibi kimi dəyərləndirilən M.İncənin yeni partiya quracağı gündəmə gəlib.

O, Marmarisdə tətildə ikən jurnalistlərin bütün suallarını cavabsız qoyub. İncənin bu susqunluğunun arxasında yeni planların olduğuna dair iddialar ortaya atılıb.

Seçki kampaniyası zamanı Türkiyənin 81 bölgəsinə gedərək xalqa birbaşa özü təşəkkür edəcəyini vəd edən Məhərrəm İncə hazırda mənsub olduğu partiyanın baş katibi olmaması durumunda xalqın dəstəyinə güvənərək yeni partiya qura biləcəyi, ya da keçmiş prezident Bülent Ecevitin partiyası olan DSP-yə qayıda biləcəyi bildirilir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm