Rusiyanın hava bazasına hücum - Pilotsuz təyyarələr məhv edildi
Bizi izləyin

Region

Rusiyanın hava bazasına hücum - Pilotsuz təyyarələr məhv edildi

Rusiyanın Suriyada yerləşən Hmeymim hərbi hava bazasına pilotsuz təyyarələrlə hücum edilib.

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Xəbərə görə, kim tərəfindən təşkil edildiyi bilinməyən hücumun qarşısı alınıb və pilotsuz təyyarələr məhv edilib.

Qeyd edək ki, Bəşər Əsəd rejimi bir neçə saat öncə Suriya ilə İsrail sərhədində yerləşən Qolan təpələrinə öz hərbi texnikalarını yerləşdirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm