İran nüvə sazişində qalmaq üçün ŞƏRTİ AÇIQLADI
Bizi izləyin

Region

İran nüvə sazişində qalmaq üçün ŞƏRTİ AÇIQLADI

Ölkə nüvə sazişindən xeyir alarsa, Tehran nüvə proqramı üzrə Birgə hərtərəfli iş Planından (SVPD) çıxmayacaq.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda İran prezidenti Həsən Ruhani bildirib.

O qeyd edir ki, razılaşmanın başqa iştirakçıları Tehranın maraqlarını təmin edə bilərsə, ABŞ-sız razılaşmada qalacaq. Ruhani həmçinin vurğulayıb ki, SVPD-nin bütün qalan iştirakçıları güclü siyasi iradə nümayiş etdirdilər.

Xatırladaq ki, 2015-ci ildə İran və beynəlxalq vasitəçilər (Rusiya, ABŞ, Böyük Britaniya, Çin, Fransa və Almaniya) İranın nüvə probleminin nizama salınması haqqında sənədi imzalayıblar. İştirakçılar Birgə hərtərəfli İş Planı qəbul edib. Sənədin icrası İrana qarşı tətbiq edilən iqtisadi və maliyyə sanksiyalarının ləğvini nəzərdə tuturdu.

ABŞ prezidenti Donald Tramp isə sazişi dəfələrlə tənqid edib və “ABŞ tarixinin ən pis razılaşması” adlandırıb. Bu ayın 8-də isə Tramp ABŞ-ın razılaşmadan çıxışını elan edib və İrana qarşı sanksiyaların bərpasına dərhal başlamaq barədə göstəriş verib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

KİV-in yazdığına görə, İranın nüvə proqramı üzrə razılaşmanın iştirakçıları iyulun 6-da Vyanada görüşəcəklər. Görüşdə Rusiya, Çin, Fransa, Böyük Britaniya və Almaniya, həmçinin, Avropa İttifaqının təhlükəsizlik və xarici siyasət məsələləri üzrə ali komissarı Federika Moqerini və İranın Xarici İşlər Nazirliyinin başçısı Məhəmməd Cavad Zərif iştirak edəcək. Görüşə nüvə sazişinin iştirakçılarından olan ABŞ-ın nümayəndələri qatılmayacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm