Türkiyə hərəkətə keçdi - ABŞ BUNU GÖZLƏMİRDİ
Bizi izləyin

Region

Türkiyə hərəkətə keçdi - ABŞ BUNU GÖZLƏMİRDİ

Türkiyə alüminium və poladın idxalına tətbiq olunan gömrük rüsumlarının ikiqat artırılması ilə əlaqədar Ümumdünya Ticarət Təşkilatına şikayət edib.

Publika.az “Milliyyət” nəşrinə istinadən xəbər verir ki, bu haqda təşkilatın yaydığı məlumatda deyilir.

“Türkiyə əlavə idxal rüsumlarının tətbiqi ilə bağlı Ümumdünya Ticarət Təşkilatında ABŞ-la konsultasiyaların keçirilməsini tələb etdi”, - sənəddə qeyd edilir.

Bildirilir ki, Türkiyə ABŞ-ın qəbul etdiyi qərarların Ümumdünya Ticarət Təşkilatının gömrük tarifləri və Ümumi Ticarət Razılaşmasının bəzi müddəaları ilə ziddiyyət təşkil etdiyini iddia edir.

Xatırladaq ki, avqustun 10-da isə ABŞ prezidenti Donald Tramp Türkiyədən idxal olunan polad və alüminiuma ikiqat ticarət tarifinin təbiqi barədə qərar qəbul edib. Türkiyədən alınan alüminiuma 20, polada isə 50 faiz gömrük rüsümu tətbiq olunacaq.

ABŞ prezidenti Donald Trampın iddiasına görə, tətbiq edilən rüsumlar ABŞ-a metallurgiya sənayesini xilas etməyə imkan verəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm