Region
Gürcüstanda QİÇS BƏLASI: yoluxanların sayı artır
Bu ilin əvvəlindən Gürcüstanda QİÇS-ə yoluxanların sayı 618 nəfər artıb.
Publika.az xəbər verir ki, bu barədə Gürcüstanın İnfeksiya Patologiyası, QİÇS və Kliniki İmmunologiya üzrə Elmi-Praktik Mərkəzi məlumat yayıb.
2018-ci il dekabrın 1-nə olan məlumata əsasən, ölkədə ümumilikdə 7380 QİÇS-ə yoluxma halı qeydə alınıb.
Xəstəliyə yoluxanların 5526 nəfəri kişilər, 1854-ü isə qadınlardır. Xəstəlik daşıyıcılarının əksəriyyətini 29-39 yaş qrupuna daxil insanlar təşkil edir. QİÇS 3938 xəstədə inkişaf edib, 1500 nəfər isə ölüb.
QİÇS-ə yoluxan şəxslərin əksəriyyəti 2701 nəfər olmaqla, paytaxt Tbilisinin payına düşüb ki, onların da 87-si xarici ölkə vətəndaşlarıdır.
HİV infeksiyasına yoluxma hallarının 62,9%-i heteroseksual əlaqə vasitəsilə yayılıb.
Qeyd edək ki, Gürcüstanda QİÇS-ə yoluxma ilə bağlı ilk hal 1989-cu ildə qeydə alınıb. (report)
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı