Region
Rusiya müharibəyə hazırlaşır - Şok nüans
Rusiya müharibəyə hazırlaşır.
Axar.az xəbər verir ki, bunu “Currenttime.tv”yə müsahibəsində rusiyalı hərbi ekspert Vadim Lukaşeviç deyib.
Onun sözlərinə görə, Rusiya dövlət büdcəsinin hərbi xərclərinin müqayisəsi Moskvanın müharibəyə hazırlaşdığını deməyə əsas verir:
“Rusiyanın dövlət büdcəsinin strukturu, hərbi xərclər hissəsi müharibə dövrünün şərtlərinə uyğun gəlir. Müəyyən faktorları nəzərə alsaq, anlamaq lazımdır ki, Rusiya real müharibəyə hazırlaşır. Əgər biz Rusiyanın indiki vəziyyətinə ayrılıqda baxsaq və onu 5-10 il əvvəlki ilə müqayisə etsək, müharibəyə hazırlaşdığını deyə bilərik. Rusiyanın imkanlarını NATO ölkələri ilə müqayisə etməyə başlasaq, onun bərabər olmadığını görərik. Belə ki, NATO-nun hərbi xərcləri Rusiyanın göstəricilərindən 15-16 dəfə çoxdur.
Üstəlik, Putinin reytinqi hazırda tarixi minimuma çatıb. Ona görə də bizə xarici düşmən, düşmən tərəfindən mühasirəyə alınmağımız, sanksiyalar lazımdır. Yalnız bu şəkildə əhaliyə həyat səviyyəsinin niyə qəfildən pisləşdiyini, vergilərin niyə artdığını izah etmək olar. Sağlam məntiqə sahib olan istənilən insan anlamalıdır ki, hətta tapança alsa belə ona qarşı tanklar çıxacaq. Biz müharibəni müasir şərtlər daxilində həll etmək gücündə deyilik. Məhz ona görə də Rusiyanın indi etdiyi hər şey hibrid müharibədir. Bu, gizli müharibədir. Məhz buradan yeni müharibə konsepsiyası ortaya çıxır. Yəni savaş çox bahadır. Moskva Avropada hansısa radikallara və ya Fransadakı "sarı jiletlilər"ə sponsorluq edə bilər. Bu isə müəyyən anlamda müharibə deməkdir. Biz müharibəyə hazırlaşırıq, amma Avropa və NATO-ya qarşı effektiv təsir vasitəsi olan daha gizli və ucuz metodlardan yararlanırıq. Biz bu strukturları daxildən dağıtmağa çalışırıq”.
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ