Ərdoğanın köməkçisi ABŞ-dan seçim tələb etdi: Ya Türkiyə, ya da...
Bizi izləyin

Region

Ərdoğanın köməkçisi ABŞ-dan seçim tələb etdi: Ya Türkiyə, ya da...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın köməkçisi Fuad Oktay ABŞ-ın vitse-prezidenti Mayk Pensin Türkiyə ilə bağlı son bəyanatına cavab verib.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, o, ABŞ-ın artıq qərar verməli olduğunu bildirib.

“ABŞ artıq qərar verməlidir. Türkiyənin müttəfiqi olaraq qalmaq istəyir, yoxsa NATO üzrə müttəfiqinin düşmənlərinə qarşı müdafiəsini baltalamaq üçün terrorçularla əməkdaşlıq edərək dostluğumuzu riskə atmaq istəyir?”, - Fuad Oktay tvitter hesabında yazıb.

Xatırladaq ki, daha əvvəl ABŞ-ın vitse-prezidenti Türkiyəni "S-400" və NATO arasında seçim etməyə çağırmışdı.

"Türkiyə seçim etməlidir. O, tarixin ən müvəffəqiyyətli hərbi ittifaqında əhəmiyyətli partnyor kimi qalmaq istəyirmi, yoxsa belə düşünülməmiş qərarları - hansılar ki, bizim ittifaqımızı pozur - qəbul edərək bu əməkdaşlığın təhlükəsizliyinə risk etmək istəyir",- Penst tvitter səhifəsində yazıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm