Bağdadinin öldürülməsinin ŞOK TƏFƏRRÜATI – Türkiyə sərhədi yaxınlığında... - (YENİLƏNDİ)
Bizi izləyin

Region

Bağdadinin öldürülməsinin ŞOK TƏFƏRRÜATI – Türkiyə sərhədi yaxınlığında... - (YENİLƏNDİ)

Türkiyənin Anadolu Agentliyi İŞİD lideri Əbubəkr əl-Bağdadinin ABŞ xüsusi təyinatlıları tərəfindən məhv edildiyi yerin görüntülərini əldə edib.

Publika.az həmin görüntüləri təqdim edir:

***

27 oktyabr

15:34

İŞİD lideri Əbubəkr əl-Bağdadinin ABŞ xüsusi təyinatlıları tərəfindən məhv edilməsinin təfərrüatları məlum olub.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, terror təşkilatı rəhbəri Türkiyə-Suriya sərhdi yaxınlığındakı Barişa kəndində həyata keçirilən xüsusi əməliyyatla öldürülüb. Bildirilir ki, əməliyyat ötən gecə keçirilib və 4 saat davam edib. Əməliyyatda ABŞ ordusunun 8 vertolyotu və 2 pilotsuz təyyarəsi istifadə edilib.

Məlumata görə əməliyyatın həyata keçirildiyi ərazi Türkiyə sərhədinin çox yaxınlığında, suriyalı qaçqınların yerləşdirildiyi Tourlaha düşərgəsinin bir neçə kilometrliyində yerləşir. Əməliyyat gecə yarısı, saat 00.00 radələrində başlayıb. Əvvəlcə bölgəyə 8 ABŞ vertolyotu və 2 pilotsuz təyyarəsi gəlib, onlar havadan Barişa kəndi ətrafındakı hədəfi bir saat yarım ərzində intensiv atəşə məruz qoyublar.

Vertolyotlara yerdə Bağdadini qoruyan İŞİD yaraqlıları iriçaplı pulemyotlarla cavab atəşi açıblar. Lakin ABŞ vertolyotları 1.5 saata yaxın davam edən intensiv atəşdən sonra bölgədən ayrılıb. Yarım saat sonra vertolyotlar yenidən geri qayıdıb və hədəfi vurmaqda davam edib. Paralel olaraq vertolyotlardan ABŞ xüsusi təyinatlıları yerə endirilib.

Döyüşün ikinci mərhələsi 2.5 saata yaxın davam edib. Cəmi 4 saatdan çox çəkən əməliyyatın ardınca vertolyotlar bölgədən uzaqlaşıb. Bölgəyə gedən tibb işçiləri əməliyyatın keçirildiyi yerdə tamamilə yerlə bir edilmiş ev və bir neçə yanmış çadır gördüklərini “Anadolu” agentliyinin müxbirinə bildiriblər.

Tibb işçiləri hadisə yerində 3 kişinin, 3 qadının və 1 uşağın cəsədinə rast gəliblər, 5 yaralıya ilkin tibbi yardım göstərilib. Türkiyənin Müdafiə Nazirliyindəki mənbə əməliyyatdan əvvəl ABŞ tərəfinin onları “məlumatlandırdığını” bildirib.

İnternetdə əl-Bağdadinin öldürüldüyü yerdən çəkilmiş kadrlar da yayılıb. Türkiyəli jurnalist Recec Soylunun yaydığı kadrlarda tamamilə darmadağın edilmiş tikili, raket zərbəsi nəticəsində yaranmış dərin çala və metal hissələr görünür.

Xatırladaq ki, yaxın saatlarda ABŞ prezidenti Donald Trampın əl-Bağdadinin öldürülməsi əməliyyatı ilə bağlı xüsusi bəyanatla çıxış edəcəyi gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm