Putindən SƏRT QƏRAR: Hamısının bağlanması barədə göstəriş verdi
Bizi izləyin

Region

Putindən SƏRT QƏRAR: Hamısının bağlanması barədə göstəriş verdi

Rusiyada bəzi apteklərin koronavirusla mübarizədə istifadə olunan dərman və nəfəsliklərin qiymətinin aşırı dərəcədə artırması Nazirlər Kabinetinin toplantısında gündəmə gəlib.

Publika.az-ın məlumatına görə, prezident Vladimir Putin bildirib ki, vəziyyətdən istifadə edərək qazanc əldə etmək istəyən apteklər bağlanmalı, onların lisenziyaları ləğv edilməlidir:

“Həmin apteklərin lisenziyaları ləğv edilməlidir. Bu qədər! Haqsız yerə qazanc əldə etməyi ağıllarına qoyublar. Bu apteklər müəyyən edilməli və onlara elə cəza verilməlidir ki, başqaları bir daha belə addım atmağa cəsarət etməsinlər”.

Putin bildirib ki, səhiyyə firmalarının sayı çox olduğuna görə bir neçə aptekin və dərman şirkətinin bağlanması ciddi fəsad törətməyəcək.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm