
İranda yeni tip koronavirusdan ölənlərin sayı 853-ə çatıb.
Publika.az xəbər verir ki, son 24 saat ərzində 129 nəfər dünyasını dəyişib.
İran Dövlət Televiziyasının xəbərinə görə, Səhiyyə Nazirliyinin İctimaiyyətlə Əlaqələr üzrə mütəxəssisi Kiyanuş Cihanpur yoluxma faktının 1053 vahid artaraq 14 min 991-ə çatdığını bildirib.
O, 4 min 996 nəfərin müalicəsinin tamamlandığını qeyd edib.