İkinci dalğanı gözləyirlər: dünyaya belə elan etdilər
Bizi izləyin

Region

İkinci dalğanı gözləyirlər: dünyaya belə elan etdilər

İran koronavirus pandemiyasının ikinci dalğasını gözləyir.

Publika.az xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirinin müavini İrəç Hərirçi deyib.

Bender Abbas limanındakı balıq bazarına nəzarət üçün gedən müavin ölkədəki vəziyyətlə bağlı qiymətləndirmələr edib. O havanın istiləşməsi ilə koronavirusun yox olmayacağını bildirib: “Qarşıdakı 2 ay bir neçə əyalət xaric olmaqla, ölkə miqyasında koronavirusa yoluxmada azalmalar proqnozlaşdırırıq. Digər əyalətlərdəki artım ölkə miqyasında azalmaları əngəlləməyəcək. Payızda pandemiyanın ikinci dalğasını gözləyirik”.

Qeyd edək ki, ölkənin Hörmüzqan əyalətindəki balıq bazarında 107 nəfərdə koronavirus aşkarlanıb. İrəç Hərirçi buna görə həmin bazarı təftişə gedib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm