İranın şimalında GÜCLÜ ZƏLZƏLƏ: yaralılar var - (YENİLƏNİR)
Bizi izləyin

Region

İranın şimalında GÜCLÜ ZƏLZƏLƏ: yaralılar var - (YENİLƏNİR)

CGTN agentliyinin (Çin Qlobal Televiziya Şəbəkəsi) məlumatına əsasən, güclü zəlzələ nəticəsində yaralananların sayı 34-ə çatıb.

Yerli mətbuat xəbər verir ki, zəlzələ nəticəsində onlarla bina ziyan görüb və ya dağılıb.

*****

Ramiyan şəhərində meydana gələn zəlzələ nəticəsində xəsarət alanların sayı 22 nəfərə çatıb.

Publika.az xəbər verir ki, bölgədəki tikintilər palçıqdan inşa olunduğu üçün yaşayış obyektlərinə ciddi ziyan dəyib.

****

İranın şimalındakı Gülüstan əyalətində 5,1 bal gücündə zəlzələ olub.

Publika.az xəbər verir ki, bu barədə Tehran Universitetinin Seysmologiya Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri Ramiyan şəhəri yaxınlığında, 9 km dərinlikdə yerləşib.

Təbiət hadisəsi nəticəsində 10 nəfərin yaralandığı bildirilir.

ISNA agentliyinin məlumatına görə, Qızıl Aypara Xilasetmə və Yardım Təşkilatının Əməliyyatlara Nəzarət və Koordinasiya Mərkəzi tərəfindən verilən açıqlamada bəzi kəndlərdə maddi ziyan meydana gəldiyi qeyd olunub.

Bölgədə axtarış-xilasetmə briqadalarının işləri davam edir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm