Vladimir Putin: "Türkiyə kimi tərəfdaşla işləmək nəinki xoşdur, həm də etibarlıdır"
Bizi izləyin

Region

Vladimir Putin: "Türkiyə kimi tərəfdaşla işləmək nəinki xoşdur, həm də etibarlıdır"

"Türkiyə kimi tərəfdaşla işləmək nəinki xoşdur, həm də etibarlıdır. Digər sahələrdə olduğu kimi hərbi texniki sahədə də belədir: Türkiyə onların müasir hava hücumundan müdafiə sisteminə ehtiyacı olduğuna qərar verdi. Dedi və aldı"

Publika.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Cənubi Qafqazda baş verən proseslərdən, o cümlədən Türkiyə ilə münasibətlərdən danışarkən deyib.

Rusiya prezidenti həmçinin Türkiyənin Krım məsələsinə münasibəti barədə bunları söyləyib:

"O ki qaldı Türkiyənin Krımı Rusiyanın hissəsi olaraq tanımamasına. Nə olsun, bizdə heç də hər şey üst-üstə düşmür, məsələn, Cənubi Qafqaz məsələsində. Fikir ayrılığı mövcuddur. Ancaq biz Avropa və ABŞ-ın da mövqelərini bilirik. Ərdoğanı barmaqla göstərməyə gərək yoxdur, baxın görün başqa ölkələrdə nə edirlər".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm