Türkiyə sərhədində üç terrorçu YAXALANDI
Bizi izləyin

Region

Türkiyə sərhədində üç terrorçu YAXALANDI

Suriyadan Türkiyəyə qanunsuz yolla girməyə cəhd edən 3 terrorçu saxlanılıb.

Publika.az xəbər verir ki, bununla bağlı Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter" hesabında paylaşım edilib.

Bildirilib ki, Mardində vəzifələrini icra edən sərhəd personalı Suriyadan ölkəyə qanunsuz yolla girməyə cəhd edən 3 nəfəri yaxalayıb.

Saxlanılan terrorçulardan ikisinin terror təşkilatı İŞİD-a üzvü olduğu və Suriyada silahlı fəaliyyət göstərdikləri məlum olub.

"Sərhəd xəttlərində xidmət göstərən əsgərlər terrorçulara aman vermir", - deyə nazirlikdən bildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm