Türkiyə daha 750 min doza "BioNTech" peyvəndi aldı
Bizi izləyin

Region

Türkiyə daha 750 min doza "BioNTech" peyvəndi aldı

Türkiyədə koronavirusla mübarizə tədbirləri davam edir.

Publika.az xəbər verir ki, əhalinin virusa qarşı peyvənd olunması üçün daha 750 min doza "BioNTech" peyvəndi ölkəyə gətirilib.

"Keçən həftə 5.800 doza "BioNTech" peyvəndi test edilərək ölkəmizə çatdırıldı. Dünən isə 750 min doza peyvəndi təhvil aldıq. Bununla da ümumilikdə 1.4 milyon doza istifadəyə hazır olan peyvəndə sahib olduq. Yeni gələn peyvəndlərin testləri aparılır. Gələn həftə növbəsi çatan vətəndaşlarımıza tətbiq ediləcək", - deyə Səhiyyə naziri Fahrettin Koca bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm