Dəhşətli AİLƏ FACİƏSİ: Qızı ögey atasıyla qaçdı, iki uşağını bıçaqladı və intihar etdi
Bizi izləyin

Region

Dəhşətli AİLƏ FACİƏSİ: Qızı ögey atasıyla qaçdı, iki uşağını bıçaqladı və intihar etdi

Türkiyədə dəhşətli ailə faciəsi baş verib.

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Mersin şəhərində qeydə alınıb.

Hatice Daver adlı qadın gecə saatlarında iki övladını - 9 yaşlı M.D-ni və 2 yaşlı M.H-nı bıçaqla yaralayıb və sonra özü intihar edib.

Xəsarət alan iki uşaq hadisədən xəbər tutan qonşuların köməyi ilə xəstəxanaya çatdırılıb.

Bildirilir ki, 38 yaşlı Daver ilk evliliyindən sonra, 5 il öncə Uğur.H ilə birgə yaşamağa qərar verib.

Keçmiş həyat yoldaşından iki övladı olan qadının Uğur.H-dan da bir uşağı dünyaya gəlib.

Bir müddət sonra onun 18 yaşlı qızı G.D və hazırki həyat yoldaşı yoxa çıxıb.

Daver dəvət olunduğu televiziya proqramında bildirib ki, 18 yaşlı qızı ögey atasına qoşulub qaçıb və onunla ailə qurub.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm