Region
KRİTİK GƏLİŞMƏ: İsrail prezidenti Ərdoğana ZƏNG ETDİ
İsrail Prezidenti İshaq Hersoqla Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Publika.az xəbər verir ki, İsrail prezidenti görüş zamanı israilli cütlüyün azadlığa buraxılmasına görə Ərdoğana təşəkkür etdiyi bildirilib.
İshaq Herzoq İsrail vətəndaşları Natali və Mordi Oaknilərin ölkəyə qayıtmasına icazə verdiyinə görə türkiyəli həmkarına təşəkkür edib.
Türkiyə prezidentinin mətbuat xidmətinin məlumatına görə, görüşdə ikitərəfli münasibətlər və regional məsələlər müzakirə edilib. Prezident Ərdoğan görüşdə Türkiyə-İsrail münasibətlərinin Yaxın Şərqin təhlükəsizliyi və sabitliyi üçün də önəmli olduğunu, həm ikitərəfli, həm də regional məsələlərdə qarşılıqlı anlaşma olacağı təqdirdə fikir ayrılıqlarının minimuma endirilə biləcəyini bildirib.
Bölgədə sülh, tolerantlıq və birgəyaşayış mədəniyyətinin yenidən qurulması vacibliyini vurğulayan Ərdoğan bu baxımdan Fələstin-İsrail əlaqələrinin inkişafı və sülh prosesinin bərpasının prioritet olduğunu deyib.
Prezident Türkiyə və İsrail arasında təmas və dialoqun davam etdirilməsinin ümumi maraqlara uyğun gəldiyini qeyd edib.
Xatırladaq ki, İsraildən olan cütlük bir neçə gün əvvəl İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın evinin fotosunu çəkdikləri üçün casusluq şübhəsi ilə saxlanılıblar.
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin14 May 19:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO