İşğaldakı ərazidən Ukrayna taxılının daşınmasına başlandı – - 7 min ton...
Bizi izləyin

Region

İşğaldakı ərazidən Ukrayna taxılının daşınmasına başlandı – - 7 min ton...

Yeddi min ton taxıl daşıyan ilk ticarət gəmisi Berdyansk limanından yola düşüb.

Publika.az xəbər verir ki, bunu Ukraynanın işğal olunmuş Zaporojye vilayətində Rusiyanın qurduğu hərbi-mülki administrasiyasının rəhbəri Yevgeni Balitski deyib.

O qeyd edib ki, ilk ticarət gəmisi bir neçə aylıq fəaliyyətsizlikdən sonra Berdyansk dəniz ticarət limanını tərk edib.

“7 min ton taxıl dost ölkələrə yola salındı”, - özünün “Telegram-kanal”ında bildirib.

Balitskinin sözlərinə görə, limanın minalardan təmizlənməsi, eləcə də quru yük gəmisinin təhlükəsizliyini Qara Dəniz Donanması təmin edir.

Səxavət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm