Paşinyan: "Xalqdan dəstək gözləyirəm"
Bizi izləyin

Region

Paşinyan: "Xalqdan dəstək gözləyirəm"

Ermənistan ətrafında vəziyyət gərgin olaraq qalmaqda davam edir, lakin biz gərginliyin azaldılması üçün müəyyən imkanlar görürük.

Publika.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün parlamentdə deyib.

“Biz danışıqlar prosesinin məzmununa əsaslanaraq bunu görürük. 10 gün ərzində bir sıra görüşlər olub: Blinken-Mirzoyan-Bayramov, Sallivan-Qriqoryan-Hacıyev görüşləri, Mirzoyan-Bayramov görüşü, Blinken-Bayramov-Mirzoyan üçtərəfli telefon danışığı. Onlar sadə və asan söhbətlər deyil, amma mənim təxminlərimə görə, son müzakirələr və diplomatik işlər bizim irəliləyişimiz üçün müəyyən məkan yaradıb”, - deyə Paşinyan bildirib.

O qeyd edib ki, 8 dekabr 1991-ci ildə MDB-nin yaradılması haqqında sazişlə Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıyıb və bu yanaşmanın tərəflər üçün qarşılıqlı məqbul ola biləcəyinə işarələr var.

"Düşünürəm ki, Qarabağla Azərbaycan arasında söhbətə başlamaq üçün müəyyən məkan var", - baş nazir əlavə edib.

“Mən təsdiq edirəm ki, biz sülh gündəliyini qəbul etmişik, onun həyata keçirilməsi üçün məsuliyyət daşıyıram və parlament çoxluğunun və xalqın dəstəyini gözləyirəm”, - Nikol Paşinyan bildirib.

Səxavət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm