Region
Kadırov Juraveli döyən oğlundan danışdı: Babasının yolu ilə gedir
Rusiyanın Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov oğlu Adamın Quranı yandırmaqda təqsirli bilinən Nikita Juraveli döyməsinə münasibət bildirib.
Publika.az xəbər verir ki, Ramzan Kadırov “Teleqram” kanalındakı hesabında yazıb ki, doqquz mükafatın sahibi olan oğlu Adam babası Əhməd Kadırovun yolu ilə gedir.
Kadırovun sözlərinə görə, Adamın düzgün yol tutması onun gənc yaşlarından bəlli idi. Sözlərinin təsdiqi kimi Çeçenistan rəhbəri oğlunun Quranı əzbər öyrəndiyini və idmanla məşğul olduğunu vurğulayıb: “Adam öz qarşısında ciddi məqsədlər qoyub və buna nail olmaq üçün inamla addımlayır. Ən əsası isə o, əziz babası Əhməd-Hacının adına layiq insan olmaq istəyir. Biz Adamın həyatda qarşıya qoyduğu bütün planlarını uğurla həyata keçməsini arzulayırıq”.
Ramzan Kadırov bloqunda oğlunu 16 yaşının tamam olması münasibətilə də təbrik edib.
Xatırladaq ki, sentyabrın 25-də Ramzan Kadırov Quranı yandırmaqda ittiham olunan şəxsin döyülməsi prosesini əks etdirən video yayımlayıb. Görüntülərdə Adamın stulda oturan kişiyə bir neçə dəfə zərbə, o cümlədən başına təpik vurması əks olunub.
Noyabrın 5-i Adam Kadırov Çeçenistan Təhlükəsizlik Xidmətinin rəisi təyin olunub. Ramzan Kadırov da atası Əhməd Kadırovun zamanında həmin postu tutub.
Səidə Hüseynova
-
Magazin221:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin120:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO
-
Rəsmi xronika20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ
-
Magazin120:12
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
-
Magazin119:36
“Çıxışlarım son anda təxirə salınır”
-
Magazin118:48
Azər Baxşəliyev sağdır - Həkimlərdən SON DƏQİQƏ AÇIQLAMASI - YENİLƏNDİ
-
Rəsmi xronika17:52
İlham Əliyev Monteneqro prezidentinə başsağlığı verdi
-
Maraq dünyası17:06
Bu bürclərə şad xəbər - İlan ili sizi sevindirəcək